Home
Categories
EXPLORE
True Crime
Comedy
Business
Society & Culture
Health & Fitness
Sports
Technology
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Podjoint Logo
US
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts116/v4/0f/8c/e3/0f8ce3d1-5f38-b939-22b5-f1fa946c55c1/mza_15997556544121235841.jpg/600x600bb.jpg
Sağlam ol Sevda ilə
Sağlam ol Sevda ilə
207 episodes
8 months ago
Sağlamlıqla bağlı nələr bilirsiniz?
Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir?
Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!
Show more...
Mental Health
Health & Fitness,
Alternative Health
RSS
All content for Sağlam ol Sevda ilə is the property of Sağlam ol Sevda ilə and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Sağlamlıqla bağlı nələr bilirsiniz?
Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir?
Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!
Show more...
Mental Health
Health & Fitness,
Alternative Health
Episodes (20/207)
Sağlam ol Sevda ilə
Şirələr nə zaman faydalıdır?
Meyvə və tərəvəzlərdən hazırlanmış təzə şirələr insan orqanizmi tərəfindən daha asan mənimsənilən və biokimyəvi proseslərdə iştirak edən çoxlu sayda vitamin və mineral ehtiva edir. Təzə sıxılmış şirələr mağazada satılan hazır şirələrdən fərqli olaraq, maddələr mübadiləsini sürətləndirir, enerji verir, ürək-damar sistemini gücləndirir.Bəs hansı meyvə və tərəvəzlərin şirəsi müalicəvi ola bilər? Bu barədə fitoterapevt Dr. Elnur Eldaroğlu ilə danışdıq.
Show more...
1 year ago
33 minutes

Sağlam ol Sevda ilə
İstirahət və səyahət zamanı sağlam qal!
Həkim oftalmoloq Ergün Rəşidəlizadə ilə məzuniyyətdən əvvəl, səyahət və istirahət zamanı yarana biləcək sağlamlıq problemlərindən, yayda gözlərimiz üçün potensial təhlükələrdən və onların qarşısını almağın yollarından, günəş eynəklərinin keyfiyyətindən danışdıq.
Show more...
1 year ago
31 minutes

Sağlam ol Sevda ilə
Uşaqla necə davranmalı?
Adekvat qidalanma və yaxşı tibbi yardım alan, lakin böyüklərlə tam ünsiyyətdən məhrum olan körpə nəinki zehni, həm də fiziki cəhətdən zəif inkişaf edir: boy atmır, arıqlayır, həyata marağı azalır. “Problemli”, “çətin”, “itaətsiz” və “qeyri-mümkün” uşaqlar, eləcə də “kompleksli” və ya “məzlum” uşaqlar çox vaxt ailədəki düzgün olmayan münasibətlərin nəticəsidir. Uşaq psixiatrı doktor Vəfa Şirinova ilə sağlam münasibətlər qurmaq, həm də uşaqlarla münaqişələri azaltmaq üçün valideynlərə uşaq psixologiyası və inkişafı üzrə faydalı ola biləcək məşhur kitablar barədə danışdıq.
Show more...
1 year ago
37 minutes

Sağlam ol Sevda ilə
Ölçməyə və ya içməyə ehtiyac yoxdur: D vitamini üçün yeni tövsiyələr
Endokrin Cəmiyyətinin yeni təlimatları xüsusi risk qrupları üçün gündəlik tövsiyə olunan qəbuldan kənar D vitamini əlavələrinin məhdudlaşdırılmasını tələb edir. “Kim, nə zaman və nə qədər D vitamini qəbul etməlidir?” Bu mövzuda iyunun əvvəli Boston, Massaçusetsdə keçirilən Amerika Endokrin Konfransında (#ENDO2024) iştirak etmiş həkim endokrinoloq Fərhad Burzu ilə danışdıq. 
  • D vitamini diabetin inkişafını yavaşladır?
  •  Ultraemal olunmuş qidalar nədir?
Show more...
1 year ago
36 minutes

Sağlam ol Sevda ilə
Qarın niyə piylənir?
Həkim kardioloq, idman endokrinoloqu Zaur İslamovla orqanizmin hormonal sistemindən, hormonların çəkiyə və ümumən sağlamlığa təsirlərindən, fiziki yüklənmədən sonra orqanizmə bərpa üçün tələb olunan istirahətdən, qarın yağlanması və piylənmədən qurtulmağın doğru yollarından danışdıq.
 İdman endokrinoloqu kimdir?
 Fiziki yüklənmə endokrin sistemə necə təsir edir?
 Stres hormonu qarın piylənməsinə səbəb olur?
Show more...
1 year ago
38 minutes

Sağlam ol Sevda ilə
Kartof qızartması siqaret qədər zərərlidir?
Qərb mətbuatı britaniyalı həkimlərə istinadən dərin qızardıcıda hazırlanmış “french fry” qızardılmış kartof dənəsinin 1 ədəd çəkilmiş siqaret qədər zərərli olduğunu yazır. Bu bənzətmə doğrudurmu? Qızartma üsulunun sağlam alternativləri nədir? Plastik qablardakı su nə zaman təhlükəli ola bilər? Bu mövzuları araşdırmaq üçün diyetoloq, nutrisioloq Lalə Mahmudova ilə söhbət etdik.
 
Kartof qızartma üçün uyğun qida deyil?
Suyun tərkibindəki plastik zərrəcikləri orqanizmdən çıxarmaq olarmı?
“Əti qızartmayın!” xəbərdarlığı nə qədər doğrudur?
Show more...
1 year ago
33 minutes

Sağlam ol Sevda ilə
Günəş və dəniz problemli dəriyə necə təsir edir?
Dəri xəstəlikləri zamanı günəş vannası qəbul etmək olar? Yayda üzdə ləkələrin yaranmasının səbəbləri nədir? Dərini uzun müddət günəş şüalarının təsirinə məruz qoymaq immuniteti azaldır?

Bu və digər sualları həkim dermatoloq Bilqeyis Mustafayeva cavablandırdı.
Show more...
1 year ago
32 minutes

Sağlam ol Sevda ilə
Qohum nikahlara genetik baxış
Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahın müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğunu deyirlər, ciddi dəlillər gətirirlər. Genetik - mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Könül Həziyeva ilə qohum evliliklərdə ən çox rast gəlinən irsi xəstəliklərdən, genetik xəstəliklərin diaqnostikasından və maarifləndirmənin vacibliyindən danışdıq.

  • Qohum evliliklər barədə həyəcan təbili
  • “Sağlam genofond naminə” layihəsi
  • İrsi xəstəliklərin müalicəsində yeniliklər
Show more...
1 year ago
36 minutes

Sağlam ol Sevda ilə
Kosmetologiyada bioloji qida əlavələrinin istifadəsi təhlükəsizdir?
2000-ci illərin əvvəllərində Britaniyanın “British Journal of Nutrition” elmi jurnalı dərini qidalandırmaq və onun xüsusiyyətlərini yaxşılaşdırmaq üçün gündəlik rasiona daxil edilməli olan vitamin və qida maddələrinin siyahısını dərc edib. Bu gün, 24 il sonra, dünya əhalisinin demək olar ki, üçdə biri gözəlliyini qorumaq üçün artıq qida əlavələrindən istifadə edir.

Kosmetologiyada təklif olunan bioloji qida əlavələri barədə nəyi bilməliyik?
Onları seçərkən nəzərə alınmalı olan vacib parametrlər hansılardır? Bu haqda həkim kosmetoloq Sevda Bayramova ilə söhbət etdik.

  • Sosial mediada geniş təbliğat və reklamın gücü;
  • Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) nədir və hansı formada olur?
  • Təhlükəsizlik və keyfiyyət nəzarəti;
  • Daxilə qəbul edilən kollagen barədə həqiqətlər;
  • Təbii hialuron turşusu və kollagen sintezi;
  • Elmi təsdiqini tapmış dəri üçün ən yaxşı vitaminlər və mikroelementlər.
Show more...
1 year ago
35 minutes

Sağlam ol Sevda ilə
Məşq və fitneslə bağlı tez-tez verilən suallar
Fitnes mütəxəssisi, beynəlxalq idman jurnalisti Əkbər Kərimovla aktiv və həvəskar idmanla məşğul olanlar üçün maraqlı və faydalı ola biləcək məqamlardan danışdıq.

  •  Fitnes klublarında “yoqa” adı ilə tətbiq olunan nədir?
  •  Səhər güc məşqləri ürək üçün zərərlidirmi?
  •  Acqarına məşq arıqlamağa kömək edirmi?
Show more...
1 year ago
38 minutes

Sağlam ol Sevda ilə
Bal və pəhriz
"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr. Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyev ilə birlikdə faydalı söhbətimiz oldu.
Show more...
1 year ago
36 minutes

Sağlam ol Sevda ilə
Sümük-oynaq problemlərinin diaqnostikası
"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və radioloq Elşən Rəhimov ilə birlikdə faydalı söhbətimiz oldu.
Show more...
1 year ago
34 minutes

Sağlam ol Sevda ilə
Xroniki bronxitin müalicəsinə inteqrativ yanaşma
"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və inteqrativ tibb həkimi terapevt osteopat Gülnar Quliyeva ilə  birlikdə faydalı söhbətimiz oldu.
Show more...
1 year ago
36 minutes

Sağlam ol Sevda ilə
Kəskin böyrək zədələnməsində zülal itkisi
"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və  nefroloq Taleh Nəğdəliyev ilə  birlikdə faydalı söhbətimiz oldu.
Show more...
1 year ago
35 minutes

Sağlam ol Sevda ilə
Yayda bağırsaq problemləri. Turist diareyası
"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və doktor terapevt Arzu Hüseynova ilə birlikdə faydalı söhbətimiz oldu.
Show more...
1 year ago
32 minutes

Sağlam ol Sevda ilə
Disfagiya nədir?
İnteqrativ tibb həkimi, qastroenteroloq, hepatoloq, endoskopist Nuranə Quliyeva ilə udma problemlərinin ciddiliyindən, qida borusu manometriya müayinəsinin üstünlüklərindən və inteqrativ tibbin qida borusu xəstəliklərinə yanaşmasından danışdıq.

  • Niyə udma refleksi pozulur?
  • Ezofagial manometriya müayinəsi necə aparılır?
  •  Neyroqastroenteroloji baxış - mərkəzi sinir sistemi ilə həzm sistemi arasında əlaqə nədir?
Show more...
1 year ago
28 minutes

Sağlam ol Sevda ilə
Plastik əməliyyat öncəsi əsas qorxular
Plastik və estetik cərrah dr. Günəş Piriyeva ilə pasiyentləri cərrahi müdaxilədən öncə narahat edən əsassız və əsaslı qorxulardan, plastik cərraha ən çox ünvanlanan suallardan danışdıq.


  • Yaxşı həkimi necə tapmalı?
  • Plastik cərraha müraciətin əsas səbəbləri nədir?
  • Əməliyyatdan öncə psixoloji dəstək lazımdır?
Show more...
1 year ago
23 minutes

Sağlam ol Sevda ilə
Yanlış qidalanma uşaqlarda hansı xəstəliklərə yol açır?
İnteqrativ tibb həkimi, pediatr Aytən İsmayılzadə ilə qidalanma zamanı çox vaxt buraxılan səhvlərdən, zərərli qida nümunələrindən, bağırsaq sağlamlığının vacibliyindən və gündəlik qida rejimi qaydalarından danışdıq.

  • Yanlış qida bağırsaq sağlamlığına necə təsir edir?
  • Uşağın istəyinə görə yeməsi doğrudurmu?
  • Qidanın miqdarı və qəbulunun tezliyi necə olmalıdır?
Show more...
1 year ago
25 minutes

Sağlam ol Sevda ilə
Təbiətin möcüzəsi - arı və arı məhsulları
Fitoterapevt, apiterapevt dr.Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevlə BMT tərəfindən təsis olunan Ümumdünya Arılar Gününə həsr olunmuş efirdə arıların ekosistemə verdiyi töhfədən, arı məhsullarının müxtəlifliyindən və sağlamlığa faydasından danışdıq.


  • Niyə arılar belə vacibdir?
  •  Hansı hallarda bal ən qısa müddətə müalicəvi təsir göstərə bilər?
  • Bal sənayesindəki saxtakarlığı necə anlaya bilərik?
Show more...
1 year ago
37 minutes

Sağlam ol Sevda ilə
Ayaq və aşıq-baldır oynağı xəstəlikləri
Ortopediya və travmatologiya mütəxəssisi doktor Şəhriyar Fətullayev ilə 20 may Ümumdünya Travmatoloqlar Günündə ayaqla bağlı şikayətlərdən, yastıpəncəlik, daban mahmızı, Halluks valqus, yanlış ayaqqabı seçiminin fəsadlarından və s. haqqında danışdıq.

  • Yastıpəncəlik nə zaman xəstəlik sayılır?
  • Daban mahmızının müalicəsi necədir?
  •  Ayaq baş barmaq əyriliyinin əməliyyatsız müalicəsi varmı?
Show more...
1 year ago
35 minutes

Sağlam ol Sevda ilə
Sağlamlıqla bağlı nələr bilirsiniz?
Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir?
Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!