2000-ci illərin əvvəllərində Britaniyanın “British Journal of Nutrition” elmi jurnalı dərini qidalandırmaq və onun xüsusiyyətlərini yaxşılaşdırmaq üçün gündəlik rasiona daxil edilməli olan vitamin və qida maddələrinin siyahısını dərc edib. Bu gün, 24 il sonra, dünya əhalisinin demək olar ki, üçdə biri gözəlliyini qorumaq üçün artıq qida əlavələrindən istifadə edir.
Kosmetologiyada təklif olunan bioloji qida əlavələri barədə nəyi bilməliyik?
Onları seçərkən nəzərə alınmalı olan vacib parametrlər hansılardır? Bu haqda həkim kosmetoloq Sevda Bayramova ilə söhbət etdik.
- Sosial mediada geniş təbliğat və reklamın gücü;
 - Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) nədir və hansı formada olur?
 - Təhlükəsizlik və keyfiyyət nəzarəti;
 - Daxilə qəbul edilən kollagen barədə həqiqətlər;
 - Təbii hialuron turşusu və kollagen sintezi;
 - Elmi təsdiqini tapmış dəri üçün ən yaxşı vitaminlər və mikroelementlər.