🎧 BU BURAXILIŞDABizim Rəşadla tanışlığımız illər öncə mən çalışdığım o vaxtkı Burç FM radiosunda başlayıb. O zaman radioda qonağım idi. Daha sonra AZTV-də “Səhər” efirinin aparıcısı olaraq birlikdə çalışdıq. İllər ərzində konsertlərdə, tədbirlərdə, qastrollarda yol yoldaşı olduq, ailəvi dostluq qurduq.Mən Amerikaya köçəndən sonra da uzun məsafələr dostluğumuza mane olmadı.Və bu dəfə — onun doğum günündə, biz Rəşad İlyasovla “Ə” podkastında bir araya gəldik.Səmimi və zarafat dolu bir söhbət oldu.
Podcast Ə — ABŞ-da İmmiqrasiya Hüququ haqqında danışır:Bu epizodda mənim həmsöhbətim ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinskidir, “I.S. Law Firm”un təsisçisi və rəhbəri. O, 20 ildən artıq təcrübəyə malik ABŞ İmmiqrasiya Hüququ üzrə mütəxəssisdir və American Immigration Lawyers Association təşkilatının üzvüdür.Söhbətimizdə ABŞ-a köçmək, yaşamaq və işləmək istəyənlər üçün immiqrasiya prosesləri, yaşıl kart (Green Card), iş vizaları və ailə üzvlərinin birləşməsi kimi mövzuları müzakirə edirik.👉 Bu epizodda öyrənəcəksiniz: • ABŞ-a immiqrasiya üçün ən real və qanuni yollar hansılardır? • Trump administrasiyası və İmmiqrasiya. • ABŞ artıq immiqrantlar ölkəsi deyil? • Green Card Lottery 2027 bu il niyə açılmadı 💬 Faydalı olacağını düşündüyünüz insanlarla paylaşın və kanalı dəstəkləmək üçün bəyəni və abunə ol düymələrini unutmayın.
🎙️ Bu Podcast “Ə” epizodu Green Card Lotereyası haqqındadır!Bu dəfə həmsöhbətim 3 il əvvəl Green Card Lotereyasını udaraq Amerikaya köçən Osman Əlmirzəyevdir. O, hazırda Nyu Yorkda yaşayır və ABŞ-a gəlməyin real tərəflərindən, Green Card Lotoreyası ilə bağlı keçdiyi prosesdən danışır.🗽 Bu söhbətdə siz öyrənəcəksiniz: • Green Card Lotereyasında iştirak prosesi necə olur? • Yeni qaydalar nədən ibarət ola bilər? • Qeydiyyat niyə gecikir?Green Card Lotoreyasına aşağıdakı rəsmi saytdan qeydiyyatdan keçə bilərsiz:https://dvprogram.state.gov/
Bu dəfə həmsöhbətim psixoloq və yoqa təlimatçısı Nərgiz Əliyeva idi. Onunla meditasiya, manifestasiya, zehin sakitliyi və insan psixologiyası haqqında çox maraqlı söhbət etdik.Hər kəsin içindəki səs, düşüncələrin təbiəti və pozitiv enerjini necə formalaşdırmaq olar — bu epizodda səmimi şəkildə danışdıq.🪷 Əgər sən də özünü daha yaxşı anlamaq, düşüncələrini idarə etməyi öyrənmək istəyirsənsə — bu söhbəti qaçırm
Podcast “Ə” – Müasir tibb və sosial medianın təsiriBu epizodda uzman ginekoloq Şəlalə Məmmədova ilə maraqlı və aktual mövzuları müzakirə edirik: • Müasir tibbdə uzmanlıq • Pasiyentlərin həkim seçiminə sosial medianın təsiri • Instagram və TikTok-da izləyici sayına görə həkim imici • Ailə münasibətləri və dəyərləri
Bu videoda həmsöhbətim Sənan Əlləzdir. Onunla illər əvvəl Araz FM radiosunda bir neçə layihədə birlikdə çalışmışıq. O zamanlar Sənan hələ çox gənc idi, amma artıq yaradıcı baxışları, peşəkarlığı və radioya olan sevgisi ilə seçilirdi.Bu gün isə o, peşəkar aktyor kimi filmlərdə və seriallarda çəkilir, sənət yolunu uğurla davam etdirir.Söhbətimizdə həm o dövrlərə qayıdırıq, həm də Sənanın bu günkü yaradıcılığı, sənətə baxışı və gələcək planları haqqında danışırıq.
Bu dəfəki podkastımın qonağı Türkiyənin Muğla şəhərində yaşayan azərbaycanlı tv və radio aparıcısı Sona Rəsulovadır. Onu çoxlarınız ANS kanalındakı “Tutu gildə” və “Ana dili” verilişlərindən tanıyırsınız. Sonra isə radio aparıcısı kimi fəaliyyət göstərib.
Biz Sona ilə uzaqdan söhbət etdik və bir çox mövzulardan danışdıq – media, sosial həyat, heyvan sevgisi və gündəlik həyatımız.
Bu ilk epizodda ABŞ- da yaşayan Bəxtiyar Məmmədov ilə köç və immiqrasiya mövzusunda söhbət edirik.
Yeni ölkədə yaşamaq dəyişikliklər və təcrübələr barədə maraqlı müzakirə.