Bu videoda həmsöhbətim Sənan Əlləzdir. Onunla illər əvvəl Araz FM radiosunda bir neçə layihədə birlikdə çalışmışıq. O zamanlar Sənan hələ çox gənc idi, amma artıq yaradıcı baxışları, peşəkarlığı və radioya olan sevgisi ilə seçilirdi.Bu gün isə o, peşəkar aktyor kimi filmlərdə və seriallarda çəkilir, sənət yolunu uğurla davam etdirir.Söhbətimizdə həm o dövrlərə qayıdırıq, həm də Sənanın bu günkü yaradıcılığı, sənətə baxışı və gələcək planları haqqında danışırıq.