Podcast “Ə” – Müasir tibb və sosial medianın təsiriBu epizodda uzman ginekoloq Şəlalə Məmmədova ilə maraqlı və aktual mövzuları müzakirə edirik: • Müasir tibbdə uzmanlıq • Pasiyentlərin həkim seçiminə sosial medianın təsiri • Instagram və TikTok-da izləyici sayına görə həkim imici • Ailə münasibətləri və dəyərləri
Bu videoda həmsöhbətim Sənan Əlləzdir. Onunla illər əvvəl Araz FM radiosunda bir neçə layihədə birlikdə çalışmışıq. O zamanlar Sənan hələ çox gənc idi, amma artıq yaradıcı baxışları, peşəkarlığı və radioya olan sevgisi ilə seçilirdi.Bu gün isə o, peşəkar aktyor kimi filmlərdə və seriallarda çəkilir, sənət yolunu uğurla davam etdirir.Söhbətimizdə həm o dövrlərə qayıdırıq, həm də Sənanın bu günkü yaradıcılığı, sənətə baxışı və gələcək planları haqqında danışırıq.
Bu dəfəki podkastımın qonağı Türkiyənin Muğla şəhərində yaşayan azərbaycanlı tv və radio aparıcısı Sona Rəsulovadır. Onu çoxlarınız ANS kanalındakı “Tutu gildə” və “Ana dili” verilişlərindən tanıyırsınız. Sonra isə radio aparıcısı kimi fəaliyyət göstərib.
Biz Sona ilə uzaqdan söhbət etdik və bir çox mövzulardan danışdıq – media, sosial həyat, heyvan sevgisi və gündəlik həyatımız.
Bu ilk epizodda ABŞ- da yaşayan Bəxtiyar Məmmədov ilə köç və immiqrasiya mövzusunda söhbət edirik.
Yeni ölkədə yaşamaq dəyişikliklər və təcrübələr barədə maraqlı müzakirə.