Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Technology
Health & Fitness
Sports
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
US
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/55/c3/49/55c3496d-d42f-fa01-f0e4-9ed1e3946714/mza_5141811893415127852.jpg/600x600bb.jpg
Tech-week
Kamran Hasilovich
13 episodes
6 days ago
[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.
Show more...
Tech News
News
RSS
All content for Tech-week is the property of Kamran Hasilovich and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.
Show more...
Tech News
News
Episodes (8/13)
Tech-week
Techweek #8: Onlayn fırıldaqçılıq Süni İntellekt/LLM dövründə - innovasiyaların pis niyyətli istifadəsi, insan həssaslıqlarının istismarı və müdafiəsi

Tech-week'in 8-ci buraxılışında sizləri xoş gördük əziz Dinləyicilər!

Instagram üzərindən bildiriş etdiyimiz üzrə, bir daha nəzərinizə çatdırmaq istərdik ki, artıq yeni buraxılışlarımız 2 həftə aralıqla yayımlanacaqdır.

- Bu günün müzakirə mövzusu onlayn scam-lər barəsində oldu və biz kiber fırıldaqçıların süni intellekt və böyük dil modelləri dövründə innovativ yeniliklərdən istifadə edərək insanları, xüsusən həssas qrupları necə tələyə salmasından, sürətlə inkişaf edən və mürəkkəbləşən kiber dünyada daha güvənli onlayn mövcudluğumuzu təmin etmək üçün atmalı olduğumuz addımlar və diqqətli olmalı olduğumuz məqamlardan bəhs etmişik.

Bu bölümün şüarını da tapdıq! "Sağlam dərəcədə şübhəcilik hər zaman bizi qoruyar. "

Həqiqətən də, əgər insan olaraq nə qədər həssas məqamlarımızın olduğunu və internetin açıq dünyasında, kibercinayətkarların bu həssaslıqları istismar etməyə hazır olduqlarını başa düşüb qəbullansaq, şübhəciliyin və ehtiyatın daha lazımlı olduğunu dərk etmiş olarıq.

Tech-week olaraq missiyamıza sadiq qalaraq inanırıq ki, maariflənmək və bu kompleks mövzularda ətraflı bilgilənmək bizim onlayn kimliyimizin ən sağlam bünövrəsini atacaq, kiber təhlükəsizliyimizi daha da artıracaq.

Xoş dinləmələr! Bizi digər platformalardan izləyib bəyənməyiniz, iştirakçılığınız və ətrafınızla paylaşmağınız işimizə dəyər qatır, bizlərə dəstək olur.

(c) @techweek.podcast

Show more...
2 months ago
21 minutes 49 seconds

Tech-week
Techweek #7: Biomimikriya (bioyamsılama) - Təbiət, ən qənaətcil və effektiv innovator kimi

Yeni yayımımıza xoş gəldiniz!

Bu həftəmizin 7-ci Techweek buraxılışında biomimikriya və ya digər adı ilə biomemetika haqqında söhbət açdıq. Təbiətin milyonlarla və milyardlarla il ərzində davamlı təkamülünün müxtəlif fiziki, kimyəvi və bioloji problemlərə gətirdiyi yaradıcı həll yolları və bu ağıllı həllərin texnoloji innovasiyalara necə ilham qaynağı olması gerçəyi danılmazdır.

Bu mövzu, dizayn qərarlarından tutmuş şəhər urbanistikasına qədər, tikinti sənayesindən material mühəndisliyə qədər, mikrobotlardan tutmuş, tibbi araşdırmalara qədər bir çox elmi mövzulara toxunur, və nəzərimizə çarpmayacaq qədər ətrafımızdakı hərşeylə bağlantılı ola bilər.

Bu günümüzün heyranlıqla izlədiyimiz texnologiyaları da bir zamanlar primitiv olublar və onlar da təbiətdəki canlılar kimi bənzər təkmilləşmə prosesindən keçiblər. Təyyarələrin kəşfini, biz insanların göydə uçan quşları ilk dəfə maraqla müşahidə etməsinə, səmalarda uçma arzumuzu canlandıran o quşların qanad hərəkətlərinin diqqətli analiz edilməsinə kimi geriyə izləmək olar. Elə bu təbiəti yamsılama bacarığımızın texnologiya ilə vəhdətinin nəticəsidir ki, arzularımız gerçəkliyə dönüşüblər, beləliklə biz inkişaf etmiş toplumlar halına gəlmişik.

Xoş dinləmələr arzu edirik, bizləri bütün platformalardan izləməyi və dəstək olmağı unutmayın. Təşəkkürlər!

(c)techweek.podcast

Show more...
3 months ago
24 minutes 31 seconds

Tech-week
Techweek #6: DeepSeek - İnnovasiyaların coğrafiyası və texnologiyanın mədəniyyətlərlə birgə təkamülü

Əziz dinləyicilər, Xoş gördük!

Bu gün yayımımızda texnologiya səhnəsinə adını böyük səs-küylə salan, və heç kimin bir il öncəyə kimi demək olar ki adını belə eşitmədiyi hedc fondu (hedge fund) olan High-Flyer-in qurduğu DeepSeek şirkətinin nailiyyətlərindən, nə üçün bu şirkətin yaratdığı süni intellekt məhsulunun önəmli olmasından, bütün dünyada, xüsusən maliyyə və texnologiya sektorlarında çalxantıya səbəb olmasından danışdıq.

Fərqli mədəni keçmişlərin və dünyagörüşlərinin texnoloji səhnədə fərqli yanaşmalar yaradaraq açıq və sağlam rəqabətə qığılcım verdiyini düşünürük. İnsanlığın ortaq faydasına yaraya biləcək yeniliklərin hər zaman heç də qapalı şəraitdə yaradılmadığından, o cümlədən dünyada dəyişən, axım kimi olan paradiqmalar və nəzəriyyələrdən söz açmışıq.

Dünyamızın mürəkkəb problemlərinə gətirilən daha optimal və effektiv həll yolları dünyanın istənilən coğrafiyasından gələ bilər. Bu, insanlıq tarixi boyu belə olmuşdur.

DeepSeek-in timsalında görə bilirik ki, innovasiyanın kökündə dayanan əsas motivasiyalardan biri də resursların çatışmazlığı və maddi sıxıntılardır, daha yaxşı işləyən, daha az resurslarla çalışan bir həlli tapmaqdır. Bir-birimizdən öyrənəcəyimiz çox şeyin olması, bizi gələcəklə bağlı daha da həyəcanlandırmalı, təvazökar etməli və perspektivimizi geniş tutmağımıza, öyrənməyə həvəsli olmağımıza yol açmalıdır. Riskləri və faydaları sadəcə birgə-əməkdaşlıqla manevr edə bilərik.

DeepSeek texnologiyasının ikinci bölümünü, növbəti yayımımızda əhatəli şəkildə, riskləri ilə birlikdə də bölüşməyi düşünürük. Şərhlərinizlə istəklərinizi bəlli edin!

Xoş dinləmələr, bizi izləməkdə davam edin. Paylaşmağınız və aktiv iştirakınız işimizə birbaşa dəstək olur.

(c) @techweek.podcast

Show more...
3 months ago
33 minutes 26 seconds

Tech-week
Techweek #5: Tiktok-un sonu? Nə üçün ölkələr bir-bir sosial medialara limitlər gətirir? Mobil uşaqlıq, mental sağlamlıq və itmiş bir nəsil

Techweek-in 5-ci həftəsinin buraxılışına xoş gəldiniz!

Bu gün biz epizodumuzda dünyanın ən tez zamanda ən böyük abunəçi auditoriyasına işıq sürətilə çatmış sosial media nəhənglərindən olan "TikTok" platformasının başına gələnlərdən və potensial gələ biləcəklərdən, ölkələrin "böyük sosial media platforması eksperimenti", yeniyetmələrin və gənclərin mental sağlamlıqlarının hazırki vəziyyəti; yazıçı, sosioloq və psixoloq Conatan Haydt-ın *itmiş bir nəsil* olaraq adlandırdığı konsepti mövzuları ətrafında müzakirə apardıq, suallar verdik, danışdıq.

Niyə "TikTok"-un istifadəsinin limitlənməsi və ya qadağan olunması mövzusu bu gün dünyada isti bir gündəmə çevrilmişdir? Nə üçün 2010-lardan etibarən yeniyetmə və gənclərdə getdikcə artan zehni və diqqət pozuntuları, yuxusuzluq, depressiya və əndişə simptomları halları müşahidə olunur və səbəbi bilinmir? Bu barədə araşdırmalar nə göstərir? Uşaqlar əvvəlki nəsillər kimi fiziki aktivliklə məşğuldurlar mı? Bu suallara və daha çoxuna yayımımızı dinləyərək cavab tapa bilərsiniz.

Bizi izləməyi, dinləməyi, epizodları dostlarınızla paylaşmağı və müzakirələrə qoşulmağı unutmayın. Xoş dinləmələr!

@techweek.podcast

Show more...
3 months ago
22 minutes 19 seconds

Tech-week
Techweek #4: Diqqət iqtisadiyyatı və alqoritmlərlə şahmat; Bu oyun əbədidir mi?

Əziz dinləyicilər, xoş gəldiniz!

Bu gün Techweek-in 4-cü həftə yayımı baş tutdu və biz yenə önəmli mövzulardan bəhs etdik.

Diqqətlərimizin haralara getdiyindən, gündəlik olaraq zehinlərimizin, alqoritmlərin bilinməyən və proqnoz edilməyən oyunları ilə oynayaraq keçirdiyi gerçəyindən və qaydaları yeni-yeni yazılan və bizimlə təkamül keçən bu oyunun necə "daha faydalı iştirakçısı" ola bilərik, ümumiyyətlə "iştirakçısı olmalıyıq mı" sualları ətrafında düşündük.

Dünyada diqqətlər və şübhələr hər zamankından daha kəskin şəkildə texnologiya nəhənglərinə yönəlib, və bu günün ən dəyərli iki məzənnəsi olan məlumat və diqqətin necə dijital iqtisadiyyatı şəkilləndirdiyini öyrənirik, müşahidə edirik.

Bizi bütün platformalardan izləməyiniz işimizə birbaşa dəstək olur. Yayımlarımızı faydalı hesab edirsinizsə, zəhmət olmasa paylaşaraq dostlarınızın və yaxınlarınızın maariflənməsində iştirakçı olun.


Instagram: https://www.instagram.com/techweek.podcast/

Apple Podcasts: https://podcasts.apple.com/ee/podcast/tech-week/id1788286469

Show more...
3 months ago
26 minutes 51 seconds

Tech-week
Techweek #3: Dezinformasiya, misinformasiya; Niyə neqativ xəbər daha çox gəlir gətirir və bunun fakt yoxlamaqla nə əlaqəsi ola bilər?

Üçüncü həftə, və üçüncü buraxılışımız artıq yayımdadır!

Bu günkü mövzumuzda pis xəbərin niyə daha çox baxış almasından, sosial media platformalarının dəyişən moderasiya qaydalarından və gündəmdəki fakt yoxlamaq, həqiqəti müəyyənləşdirməyi alqoritmlərin məsuliyyətinə buraxmağın nəticələrindən bəhs etdik, bir qədər də mövzudan kənarlaşıb başqa detalları da danışdıq.

"Hərşeydən biraz-biraz", ortaya qarışıq tərzində yayım alındı, hər kəsə xoş dinləmələr!

Bizi instagram üzərindən izləməyi unutmayın:

@techweek.podcast

Show more...
3 months ago
24 minutes 31 seconds

Tech-week
Techweek #2: Deepfake modelləri, səhmlər və Turing testi

İkinci epizodumuza xoş gəldiniz!

Bu dəfə fərqli birşey etmək qərarına gəldik:

Instagram platformasından sizlərin də səsvermədə iştirak edib qərar verdiyiniz üzrə, Deepfake süni intellekt modelləri, onların səhmlərə və maliyyəyə təsiri, Turing testi mövzuları ətrafında çox maraqlı söhbət alındı, riskləri və faydaları müzakirə etdik, potensial həll yolları barəsində düşündük. Bəzən hətta fəlsəfi suallar belə verildi.

Fikirləriniz, şərhləriniz və müzakirəyə qoşulmağınız bizlər üçün dəyərlidir və bu sahənin inkişafına tövhə verir.

Spotify, Apple Podcasts və Instagram üzərindən izləməyiniz bizim işimizə dəstək olur.

Xoş dinləmələr!

Show more...
4 months ago
30 minutes 51 seconds

Tech-week
Techweek #1: Süni intellektin və alqoritmlərin gündəlik həyatımızda rolu

Biz başladıq!

İlk epizodumuz Spotify Creators və Riverside.fm-in dəstəyi ilə test yayımı idi və auditoriyaya bağlı yayım oldu. Yenə də, edit etdikdən sonra paylaşmaq qərarına gəldim və fikirləriniz, müzakirələriniz, geri bildirimlərinizə açıq bir yayım olsun deyə düşündüm.

Xoş izləmələr!

Show more...
4 months ago
17 minutes 45 seconds

Tech-week
[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin. [EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions. Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com (c) Bütün hüquqlar qorunur./ All rights reserved.