Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
News
Sports
TV & Film
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts221/v4/b8/10/57/b8105783-f631-32c2-ae0d-37a4f0890423/mza_16921367943904585561.jpg/600x600bb.jpg
səsli məktublar
Mirvari Həşimli
33 episodes
4 days ago
Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.
Show more...
Personal Journals
Society & Culture
RSS
All content for səsli məktublar is the property of Mirvari Həşimli and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.
Show more...
Personal Journals
Society & Culture
Episodes (20/33)
səsli məktublar
Həyatıma bir gün qazandırmaq

Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.

Show more...
1 month ago
26 minutes 48 seconds

səsli məktublar
qonaqlıqdan söhbətlər: kim sağalır?

ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu.

Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyirik 🌟

xoş dinləmələr :)

Show more...
2 months ago
1 hour 2 minutes 3 seconds

səsli məktublar
məni kimdən öyrənməliyəm?

bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm?


bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm.


neçə müddətdir üzərində durub danışmaq istəmədiyim ya da dünyayla və özümlə necə paylaşacağımı bilmədiyim zaman aralıqlarından süzülüb gəlib bu bölüm.


https://open.spotify.com/track/78k51U7QHqHwMPefHUdfx1?si=e0niWX-mSCGrxMtyjY2fVg

Show more...
4 months ago
35 minutes 54 seconds

səsli məktublar
dostum üçün

artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram.

görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.

Show more...
6 months ago
41 minutes 34 seconds

səsli məktublar
uzaqdan şeirləri xatırlamaq

insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.


Show more...
7 months ago
40 minutes 20 seconds

səsli məktublar
konfet kağızlarının arasında gizlənmək

Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar.

Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. Bu bölüm illər öncəki Mirvarinin yaşantılarından və zehnindən süzülüb gələnlər ilə birləşib.

“Sizcə bir dəfə var olan şeyin, varlığını danmaq mümkün olandı?”

Show more...
10 months ago
30 minutes 7 seconds

səsli məktublar
bir az söhbət edək ?

Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim.


“Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdiyimi bildirmək istəyirəm. Bir sonraki bölümlərdə görüşməyi diləyirəm. Yeni başladığımız ildə, bunu nə zaman dinləyərsən bilmirəm amma hər yeni başladığımız gündə sənin tərəfindən dinlənməyi və oxunmağı gözləyən məktubların, baxmağını gözləyən tabloların, əyləşməyini gözləyən masaların, sığallamağını gözləyən pişiklərin, var olmağını diləyən insanların və saniyələrin, anların olduğunu xatırlatmaq istədim. Görüşənədək.”

Show more...
10 months ago
29 minutes 59 seconds

səsli məktublar
kameralarla qeydə alınmış nostalgiya

uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə polaroid kameramı(ilk işlətdiyim və sahib olduğum) kameranı alana qədər. o zamandan bu günümüzə kimi hələ də o anın daxilində rahatlıqla qala bilmıyimə ən çox kömək edən şey, o anları kamera ilə qeydə almaqdır.

kameralarda qeydə alınmış uşaqlığın mənə verdiyi xoşbəxt nostalgiya hissindən və bütün həyatım boyunca bunu davam etdirmə istəyimdən danışdığım bölümdür.


bu səs qeydlərinin hər biri mənim həyatımın ən önəmli qeydləri arasına daxil olmaqdadırlar. odurki gələcəkdə yaşana biləcək nostalgiyaların, indiki halının dadını çıxaraq. <3

Show more...
11 months ago
28 minutes 17 seconds

səsli məktublar
Özləri var idi, amma üzləri yox idi

əsrlərdir qadınları bədəni, seçimləri üzərindən qoyulan, müzakirə edilən qaydalarda, qanunlarda, fikirlərdə, zarafatlarda qadınlar xaricindəki hər kəsin fikrinin olması, zərrə-zərrə qazandığımız azadlıqların əlimizdən alınmasının asan olduğuna inanılması, 21-ci əsrdə hələ də dünyanın fərqli yerlərində ən təməl insan haqlarının qadağa olunması “yavaş-yavaş” insanı boğaza yığıb. bu qədər şey boğazıma yığılmışkən və hələ də danışa bilmə haqqımız varkən, səs olmaq istədim.

Bu bölümdə xoş dinləmələr, amma daha çoxu diqqətlə dinləmələr arzu edirəm.

Show more...
1 year ago
42 minutes 59 seconds

səsli məktublar
2 yaşın qeydi və yeni dönəmin başlaması

bu bölüm, iki il ərzində podcastın həyatımda yaratdığı və sahib olduğu dəyəri, həyatımda, zehnimdə baş verən dəyişiklikləri qeyd etdiyim güvənli yer olması haqqında danışmışam.

Bu zamana qədər dinləyən və dinləməkdə olan hər kəsə bolluca təşəkkürlərimi və sevgilərimi yollayıram.

Var olmağa, yenilikləri həvəs və sevgi ilə qucaqlamağa davam edək!

Show more...
1 year ago
30 minutes 56 seconds

səsli məktublar
Kollajlamaq və zehnimizin axışı

Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir.

Bu podcast bölümünün videolu formatıda mövcuddur.

Show more...
1 year ago
18 minutes 33 seconds

səsli məktublar
21
Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək. 21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək.
Show more...
1 year ago
46 minutes 52 seconds

səsli məktublar
səyahətə başlayarkən
yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)
Show more...
1 year ago
34 minutes 26 seconds

səsli məktublar
Görüşlərdən söhbətlər
Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər
Show more...
1 year ago
20 minutes 41 seconds

səsli məktublar
torpaqdan böyümək
yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.
Show more...
1 year ago
59 minutes 13 seconds

səsli məktublar
bir əlin beş barmağı
bu bölümü kiminsə yaxşısı ola bilməyənlər, olmayanlar üçün qeydə almışam. xoş dinləmələr:)
Show more...
1 year ago
43 minutes 45 seconds

səsli məktublar
Əmək vermək və itirmək qorxusu
Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.
Show more...
1 year ago
21 minutes 8 seconds

səsli məktublar
Saçıma düşən ilk ağ
bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.
Show more...
1 year ago
11 minutes 17 seconds

səsli məktublar
Sərbəst atış: Ortaya qarışıq
Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.
Show more...
1 year ago
41 minutes 28 seconds

səsli məktublar
Qara qarğa və korellanın hekayəsi
Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.
Show more...
1 year ago
34 minutes 54 seconds

səsli məktublar
Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.