“Az olsun, saz olsun” məsəlini yəqin ki, hamınız eşitmisiniz. Amma yaşadığımız şəhərlərə, evlərə, işlədiyimiz ofislərə baxsaq görərik ki, çoxumuz bunun tam əksini edirik. Alış-veriş etməyimizdən və ya məktub yazmağımızdan asılı olmayaraq biz daim əlavələr etməyə can atırıq .
13-cü buraxılışımızda sizinlə Leidy Klotz-un "Subtract" kitabının xülasəsini paylaşırıq. Kitab lazımsız şeyləri həyatımızdan uzaqlaşdırmaqla pozitiv dəyişikliklərə necə nail ola biləcəyimizdən bəhs edir. Gəlin, bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.
Kitabı əldə etmək üçün : https://www.amazon.com/Subtract-Untapped-Science-Leidy-Klotz/dp/1250249864
00:00 - Başlanğıc
03:05- Zehni cəhətdən çoxaltmaq anlayışı azaltmaq anlayışından daha əlçatandır
05:40- Əlavə edərkən biz özümüzü daha bacarıqlı və xoşbəxt hiss edirik.
07:30- Sivilizasiya əlavələr nəticəsində yaranıb
09:40 - Keynes iqtisadiyyatı bizə əlavələr etməkle maddi rifahımızın yaxşılaşacağını təbliğ edir
12:35- Sistematik ayrı-seçkiliyə qarşı bu üsulla mübarizə aparmaq mümkündür
15:00- Çıxarış əlavə zəhmətə dəyər
16:45- Yekun xülasə
17:15- Sonluq
Mübahisə zamanı qarşınızdakı şəxsi nəyəsə inandırmağa çalışarkən, yəqin ki öz inanclarınızı dəstəkləyən fakt, arqument və fikirlərə istinad edirsiniz.
12-ci buraxılışımızda sizinlə Trey Gowdy-nin "Doesn't Hurt to Ask" kitabının xülasəsini paylaşırıq. Kitab başqalarının müxtəlif məsələlərə baxış bucağını öz inanc və fikirlərinizə doğru istiqamətləndirməklə şəxsi və professional həyatınızın hər sahəsində mübahisə etmək bacarıqlarınızı inkişaf etdirə necə inkişaf etdirə biləcəyinizdən bəhs edir.
Gəlin, bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.
Kitabı əldə etmək üçün : https://www.amazon.com/Doesnt-Hurt-Ask-Questions-Communicate/dp/B0863B566H
Dönüş nöqtəsi, bir fikrin, trendin və ya sosial davranışın bir astananı keçib meşə yanğını kimi yayılmasıdır.
11-cu buraxılışımızda sizinlə Malcolm Gladwell-in “Tipping point”, yəni “Dönüş nöqtəsi” kitabının xülasəsini paylaşırıq. Kitab ideyaların epidemiyalar kimi sürətlə yayılması və bunlara hansı faktorların səbəb olmasından bəhs edir.
Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.
"Beynin yuyulması"-ı üçün inamlı addımlar atmaq vacibdir, vərdişlərimizi yaxşıya doğru dəyişmək bu addımların ən önəmlisidir.
10-cu buraxılışımızda sizinlə David Perlmutter, Austin Perlmutter və Kristin Loberg-in “Brain Wash”, yəni “Beynin yuyulması” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu müasir mədəniyyətin beynimizə etdiyi zərərli dəyişikliklər və onlara qarşı vərdişləri dəyişmək yolu ilə mübarizə üsulları haqqındadır.
Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.
Qadınlar necə yüksəlir”-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun.
9-ci buraxılışımızda sizinlə Sally Helgesen və Marshall Goldsmith-in “How Women Rise”, yəni “Qadınlar necə yüksəlir” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu qadınların cəmiyyətdə müxtəlif limitləri aşmaqla, daha da yüksəlməkləri haqqındadır.
Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.
8- ci buraxılışımızda sizə Beverly Jones-un “Think Like an Entrepreneur, Act Like a Ceo”, yəni “Bir sahibkar kimi düşün, bir CEO kimi davran” kitabının xülasəsini paylaşırıq.
Kitabın əsas mövzusu bir sahibkar düşüncəsi formalaşdıraraq yeni fikirlər təklif edib, eyni zamanda bir CEO kimi davranaraq bu fikirləri həyata keçirmək haqqındadır.
Beverly E. Jones, bu iki bacarığı tez öyrənmək üçün bizə 50 tövsiyədən ibarət bir məlumat toplusu təqdim edir.
Gəlin, indi bir fincan çayımızı süzək və bu tövsiyələr ilə yaxından tanış olaq.
"Zamanın effektiv dəyərləndirilməsinin 3 sirri"-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun.
7-ci buraxılışımızda sizə Elizabeth Grace Saunders-ın “The 3 Secrets to Effective Time Investment”, yəni “Zamanın effektiv dəyərləndirilməsinin 3 sirri” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu zamanınızı səmərəli keçirdərək həyatınızı daha yaxşıya doğru dəyişə bilməyiniz haqqındadır.
Gəlin, indi bir fincan çayımızı süzək, və zamanı effektiv dəyərləndirmənin 3 sirri ilə ətraflı tanış olaq.
“Words Can Change Your Brain"-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun.
6-cı buraxılışımızda sizə Andrew Newberg və Mark Robert Waldman “Words Can Change Your Brain”, yəni “Sözlər düşüncənizi dəyişə bilər" kitabının xülasəsini sizinlə bölüşürük. Nevroloq alim Andrew Newberg və Mark Waldman “Sözlər düşüncənizi dəyişə bilər” adlı kitablarında “Şəfqətli Ünsiyyət” adlandırdıqları bir ünsiyyət modeli təqdim edirlər. Müəlliflər inanırlar ki, Şəfqətli ünsiyyət qurmağın 12 addımı vasitəsi ilə həyata keçirmək mümkündür.
Gəlin indi bir fincan çayımızı süzək, və 12 addımımıznan ətraflı tanış olaraq; insanlarnan daha düzgün ünsiyyətdə olmağın sirrini öyrənək.
Bu podkastımızda Seth Godinin "Purple cow" - "Bənövşəyi inək" kitabının xülasəsini sizinlə bölüşürük. Kitabda kreativ reklamçılığın effektiv olmadığı və bunun əvəzinə fərqli məhsulla diqqət cəlb etməyin müasir dövrdə uğurun yeganə yolu olduğu söylənir. Gəlin, çayımızı süzək və bu kitabı da birlikdə bitirək.
4-cü buraxılışımızda sizə Cal Newportun "Deep work" - "Tam diqqət" kitabının xülasəsini təqdim edirik. Bu kitabda biz dövrümüzün ən böyük problemlərindən biri olan fikrimizi cəmləməyin yollarını öyrənirik. İndi isə gəlin, podkastı birlikdə dinləyək.
Bu podkastımızda Thomas Oppongun "Gig economy" - "Sərbəst iqtisadiyyat" kitabının xülasəsini sizinlə bölüşürük. Podkasta qulaq asaraq siz onlayn iş platformalarında layihələri necə qazanacağınızı və gəlirinizi davamlı etməyin yollarını öyrənəcəksiniz. Gəlin, çayımızı süzək və qulaq asaq.
Dinləyicilərimiz tərəfindən ilk podcastımız barədə müsbət fikirlər almaq bizi həqiqətən sevindirdi. Bu dəfə tamamilə yeni bir mövzu ilə sizin qarşınızdayıq. Ümid edirik ki, Michael Bungay Stainerin “Məsləhət tələsi” kitabının (“The advice trap”) xülasəsi sizin üçün maraqlı olacaq. İndi isə çayınızı götürün gəlin, birlikdə bir kitab bitirək.
Təhlükəsizliyə olan ehtiyacımız digər bütün ehtiyacların əsasıdır.
İlk yayımımızda Scott Barry Kaufmanın "Ötənin də ötəsində - Özünü dərk etmənin yeni yolu" adlı kitabının (Transcend - The New Science of Self-Actualization) xülasəsini hazırladıq.