sənə verilməyə hazır olan bütün hədiyələri almağa icazə verməyin dadı necə olardı?
günəşin ətrafında bir tur daha bitdi, hər şey qüsursuz idi dərslər alındı və həyəcanla yeni versiyamla tanış olmağa hazırlaşıram. sənə də çox təşəkkürlər əziz dinləyici. çox təcili qeydə alıb yüklədim gerisini bilmirəm
sən də iradəni qorxulara təslim edib yaşamaq cəhənnəmindən çıxmaq üçün o heç gəlməyəcək köməyi gözləyirsən? geri dönmək üçün hər zaman bir yol var. üzləşmək.
insanın ən yaxın insanı yəqin ki elə özüdür. bu yaxın insanla bağlı nəyi bilib bilmədiyimi, onu nə qədər tanıyıb tanımadığımı araşdırdığım bir episode oldu.
insanı yaşadan bütün dəyərləri gözdən keçirdiyim, ən əsas olduğunu düşündüyüm nüanslara işıq tutduğum , insanla bağlı danışa biləcəyimiz min bir çeşid şeydən sadəcə bir neçəsini danışdığım bir bölüm oldu.
rutinlərə sahib olmağın həyatı asanlaşdıran tərəfləri və bu rutinləri vərdişlərə çevirə bilmək üçün bilməli olduğun bəzi şeylər haqqında danışdım.
bu bölümdə çətin də olsa qısaca özümü təqdim etdim, başladığı işə davam etməyin və göstərilən çabaya güvənməyin vacibliyindən danışdım.