
Yeni bir bölümə daha xoş gəldiniz əziz Tech-week dinləyiciləri!
Bu gün, yeni həftəmizin epizodunda məşhur uşaq teleserialı olan Sesame Street-dəki Cookie Monster üçün gerçək həyat adaptasiyası etməyə çalışdıq. Bu Kuki Canavarından öyrənə biləcəyimiz dərsləri, qeyd etməli olduğumuz məqamları bacardığımız qədər izah etmişik.
Vebsaytların, elektron xidmətlərin və applikasiyaların ayrılmaz bir parçasına çevrilən bu (elektron) çərəzlər nədir? Hansı yerlərdə istifadə olunur, agah olmalı olduğumuz məqamlar nələrdir? Bu sualların hamısına cavabı, o cümlədən bəzi kibertəhlükəsizlik məsləhətlərini epizodumuza keçərək dinləyə, öyrənə bilərsiniz.
Bu bədheybəti nə üçün axı bu qədər böyütdük biz?!