Home
Categories
EXPLORE
True Crime
Business
Society & Culture
History
TV & Film
Comedy
Education
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
PW
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts112/v4/bd/dc/57/bddc576d-c1c7-4a0e-855a-c01048be1b37/mza_12263862126471901914.jpg/600x600bb.jpg
İlkin Umarov
İlkin Umarov
21 episodes
6 days ago
İlkin Umarovun təqdimatında , müxtəlif mövzularda podcastlar və videolar təqdim edirik. Qonaqlar isə bu mövzulara xüsusi rəng qatır. Xoş dinləmələr.
Show more...
Film Reviews
TV & Film
RSS
All content for İlkin Umarov is the property of İlkin Umarov and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
İlkin Umarovun təqdimatında , müxtəlif mövzularda podcastlar və videolar təqdim edirik. Qonaqlar isə bu mövzulara xüsusi rəng qatır. Xoş dinləmələr.
Show more...
Film Reviews
TV & Film
Episodes (20/21)
İlkin Umarov
Körpü serialı niyə çox yaxşıdır ? | Ətraflı Təhlil

Körpü serialı : İstehsalçı şirkətlər: "İctimai TV" və "ArtFilmBaku" İl: 2022 Seriya sayı: 8 Xronometraj: 45-50 dəq.  Baş prodüser: Yalçın Verdiyev Quruluşçu rejissor: Emil Quliyev  Quruluşçu operator: Mosmanue Sseanri müəllifləri: Vüqar Hüseynov və Talıb Əhmədov Quruluşçu rəssam: Oleq Lebid  Rollarda:  Nofəl Şahlaroğlu  Elnur Hüseynov Səmimi Fərhad Ülvi Həsənli Cavad Nuriyev və digərləri.   ______________ Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2023

Show more...
2 years ago
19 minutes 44 seconds

İlkin Umarov
Qutunun içində nə var ? | Cast Away Təhlil | İlkin Umarov - Danışaq

Etiketlər : 

00:00 - Açılış 

01:15 - Həlledici Səhnə 

04:05 -  Dəyişmək 

07:22 - Yenidən Doğuş 

07:55 - Kellinin Sirri 

12:53 - Qutunun içində nə var ? 

14:37 - Cast Away 

15:19 - Credits  

Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2022  #danishaq #ilkinumarov #castaway

Show more...
2 years ago
15 minutes 56 seconds

İlkin Umarov
Yaşlılara Burada Yer Yoxdur ! | No Country for Old Men Təhlil

Etiketlər : 

00:00 - Açılış 

02:00 -  Filmi daha yaxşı anlamaq 

04:55 - Anton Çiqur əslində yoxdur 

07:55 - Karson Vils və sujet xətti 

10:55 - Şerifin Hekayəsi 

14:15 - Niyə Yaşlılara Burada Yer Yoxdur ? 

14:57 - Credits  


Bütün Hüquqlar Qorunur © İlkin Umarov 2022  #danishaq #ilkinumarov #danışaq

Show more...
2 years ago
15 minutes 29 seconds

İlkin Umarov
JOKER XİLASKARDIR !? | İlkin Umarov - Danışaq

Nolanın Batman üçləməsini bilməyən yoxdur. Xüsusilədə ikinci film olan The Dark Night zamanında olduqca səs küyə səbəb olmuş, studiosuna olduqca böyük pullar qazandırmış, film və  comics sektoruna yeni bir nəfəs gətirmişdi. Bu gün sizə, gəlmiş keçmiş ən əfsanəvi Joker olan, el arasında The Dark Knight-ın Jokerindən danışacam.  Çünki Gothamin əsas xilaskarı məncə Batman yox məhz elə Jokerdir. Bəs necə ? necəsini İlkin Umarov Yutub kanalından, Spotify , Google və Apple podcasts-dan örgənə bilərsiniz.

Show more...
2 years ago
9 minutes 2 seconds

İlkin Umarov
İnsan kimi ölmək | SHUTTER ISLAND Təhlil

Sizi ən çox təcübləndirən film hansıdır ? Hansı film sizi ikinci dəfə ona baxmağa vadar edib ? Bu günə qədər bir çox film, bitdikdən sonra ağlımızda suallar qoyur, təkrar izlədikdə isə hər şey yerinə oturur. İzləyib bitirdikdən sonra isə öz özümüzə sual veririk, bütün bunlara necə olub ki diqqət etməmişik ?. Bu tip filmlərin əksəriyyətində rejissorlar filmin sonunda baş verəcək hadisəni bəlli etməmək üçün, filmin gedişatında gərçəklərə dair heçnəyi əks etdirmirlər. Və normal bir insanın o sonluğu təxmin etməsi mümkünsüz hal alır. Lakin bəzi filmlər var ki, rejissor filmin əslində nə barədə olduğunu sonuna gəlmədən dəfələrlə deyir. Sadəcə diqqətlə izləyib, bunu aydınlaşdırmaq lazım olur.  Martin Scorsese-nin rejissorluq etdiyi SHUTTER ISLAND ( Zindan Adası ) filmidə məhz bu filmlərdən biridir.  Əminəm ki bu filmi bəyənən hamı, İlk izləmədə qaçırdığı detallara diqqət etmək üçün filmin sonunu gördükdən sonra, açıb birdə izləyib.  Yaxşı bəs hansılardır bu detallar ? Teddinin əslində dedektiv olmadığını, əslində o dəlixananın bir pasienti olduğunu ilk izləmədən anlamaq olardı ? Gəlin bütün bu suallara birlikdə cavab axtaraq.

Show more...
3 years ago
10 minutes 46 seconds

İlkin Umarov
Niyə xarici filmləri ÖZ DİLİMİZDƏ DUBLAJ ETMİRİK ? | Danışaq Podkast S01E16

Niyə xarici filmləri öz dilimizdə dublaj etmirik ? Əslində AzTv və digər yerli kanalların etdikləri şey dublaj sayılmır. Bir iki istisnanı saymasaq, demək olarki Azərbaycanda xarici filmlər heçvaxt öz dilimizdə dublaj edilməyib. Bu və bununla bağlı bir çox məsələdən danışdıq. Xoş dinləmələr !

Show more...
3 years ago
24 minutes 5 seconds

İlkin Umarov
Azərbaycanda belə film bir daha olmayacaq - KÖPƏK 1994

Köpək filmindən və Müasir Azərbaycan Kinosunun dərtlərindən danışdıq. Xoş dinləmələr !

Show more...
3 years ago
22 minutes 49 seconds

İlkin Umarov
Billi Öldürməmək | KILL BILL Təhlil

Kill Bill, iki hissədən ibarət olan, ilk baxışdan olduqca sadə, anlaşılan, başı-sonu bəlli olan bir qisas filmdir. Məqsədi və tutdğu yol elə adındanda bəllidir. Bill-i öldürmək. Baş qəhramanımız , flm başlayandan bitənə qədər sadəcə bir məqsəd uğrunda addımlayır, sonda Billi öldürmək. Elə də olur, qəhramanımız bütün düşmənlərini məhv edir, sonda da Billi öldürüb xoşbəxt həyatına geri qayıdır.  Yaxşı bəs mən sizə desəm ki,  baş qəhramanımız Beatriks əslində Billi öldürmür onda necə ? Nəyin ki Billi,  Beatriks ikinci filmdə ümumiyyətlə heçkəsi öldürmür.

Show more...
3 years ago
8 minutes 17 seconds

İlkin Umarov
Azərbaycanın ilk qorxu filmi - XƏNNAS

Qorxu filmi deyəndə ağla ilk gələn şey nədi ? Anidən çıxan səslər , həddindən artıq böyük evlər , açılıb bağlanan qapılar , güzgüdən baxanda arxasa görünən ruhlar , kölgələr , anidən gələn səs effektləri , arxadan çiyinə dəyən əllər. Çünki , illərlə , qorxu filmlərində belə şeylər görmüşük. Yaxşı bəs türk qorxu filmi deyəndə ağlımıza nə gəlir ? Dini söhbətlər , cinlər , ərəb dilində dualar və sairə. Yaxşı bəs , bütün bunları qarışdırsaq və özümüz qorxu filmi çəksək nə olar ? Əlbətdəki Azərbaycanın ilk qorxu filmi Xənnas.

Show more...
3 years ago
7 minutes 53 seconds

İlkin Umarov
İlk 5 Sezonun Qısa Məzmunu - PEAKY BLINDERS

Peaky Blinders tezliklə 6-ncı sezonu ilə yayımda olacaq. Və hər sezon olduğu kimi inanıram ki bu sezonda olduqca danışılacaq. Buna səbəb ən başda odur ki 6-ncı sezon artıq final sezonudur. Düşündüm ki serialı izləmək istəyənlər lakin 5 sezona başdan başlamağa hövsələsi çatmayanlar və ya aradan keçən vaxtı nəzərə alaraq, keçmiş seriaları unudanlar ola bilər. Ona görədə istədim sizə ilk 5 sezonu belə qısaca bi danışım. Çaydan kofedən süzün gəlin Başlayaq.

Show more...
3 years ago
14 minutes 5 seconds

İlkin Umarov
Niyə YAXŞI SERİAL Çəkə Bilmirik ? | S01E11 | Danışaq

Bu gün Azərbaycanda NİYƏ YAXŞI SERİAL YOXDUR ? sualına cavab axtardıq. Azərbaycanda Ata Ocağı, Yuxu Kimi, İmtahan və bunlar kimi populyar olan lakin ssenarisi və vizual dramaturgiyası zəyif olan seriallar var. Lakin Breaking Bad, Prison Break, Game of Thrones və.s kimi dünyaya öz hekayəsi və vizuallığı ilə səs salmış seriallar yoxdur. Sizcə bunun səbəbi nədir ? Fikirlərini bizimlə bölüş.

Show more...
3 years ago
9 minutes

İlkin Umarov
Şiddət elə Şiddətdir | INGLOURIOUS BASTERDS Təhlil

Tarantino filmlərini tövsiyyə etdiyim adamlardan çox vaxt bu sualı eşidirəm "Sən Allah bu nə idi mən izlədim ?". Xüsusəndə bu filmdən sonra aldığım reaksiyalar çox vaxt neqativ olur. Çox insan ya içindəki qan rəvanı sevmir, ya tarixi düz əks etdirmədiyini düşünür, yada ümumiyyətlə sujetdən heçnə anlamadığını deyir. Düşünürəm ki artıq bu film barədə danışmağın vaxtıdır. Bu gün sizə  "Şərəfsiz Əclaflar" filmindən danışacam. Çaydan kofedən süzün gəlin başlayaq.

Show more...
3 years ago
13 minutes 19 seconds

İlkin Umarov
Elman Rəfiyev - Müasir gənclik, Ailə tərbiyəsi, Seriallar və Trendlər haqqında

Elman Rəfiyev ilə müasir gənclik, ailə tərbiyəsi, seriallar və trendlər haqqında ilə danışdıq.

Show more...
3 years ago
53 minutes 57 seconds

İlkin Umarov
İşıqlar Sönür
3,2,1 Bayramınız mübarək
Show more...
3 years ago
5 minutes 13 seconds

İlkin Umarov
İfşa və yerli seriyallarda çatışmayanlar

İfşa seriyalının analizini edərkən eyni zamanda Azərbaycan seriyallarında çatışmayanlardan danışırıq. Yaxın oturun !

Show more...
3 years ago
7 minutes 16 seconds

İlkin Umarov
Yuxu yoxsa reallıq ? Sonda fırfıra düşür ? | INCEPTION Təhlil

İllərdir bu film barədə müxtəlif teoriyalar, müxtəlif fikirlər ortaya qoyulur. Sevənləri qədər sevməyənləri, anlayanları qədər heçnə anlamayanları var. Sözsüzki İnception, müasir kinonun ən nadir görülən nümunələrindən biridir. Düz 11 ildirki, hələdə bir çox insan bu filmin sonunu anlamır və ya yanlış anlayır. Biz ilk baxışdan bilmirik , Kobun yuxudamı yoxsa gərçək həyatdamı olduğunu ayırd etmək üçün istifadə etdiyi fırfıra dayanır ? yoxsa fırlanmağa davam edir ?. Kob , yuxudan ayılıb ? yoxsa hələdə yuxudadır. Bunun cavabını tapmaq üçün, daha dərindən analiz etmək və filmdə baş verənlərə daha detallı baxış keçirtmək lazımdır.

Show more...
3 years ago
12 minutes 41 seconds

İlkin Umarov
İnstitusionalizasiya və yanlış anlaşılan bir film | Şouşenqdən Qaçış

Rus lokalizatorların ucbatından bu filmin sonu spoiler olub və illər boyu filmi yanlış adla izləmişik. Əslində isə filmin həbsdən qaçışla yaxından uzaqdan əlaqəsi yoxdur. Yaxın oturun, İnstitusionalizasiya və yanlış anlaşılan bir filmdən, Şouşenqdən Qaçışdan danışırıq

Show more...
3 years ago
7 minutes 7 seconds

İlkin Umarov
Breaking Bad serialının ətraflı analizi | Vizual Tərz

Breaking Bad serialını yəqin ki birçoxumuz izləmişik. Bəs sizcə bu serial niyə çox bəyənilir ? Digər seriallardan fərqi nədədir ? Yaxın oturun, ətraflı analiz edirik.

Show more...
3 years ago
6 minutes 27 seconds

İlkin Umarov
Plagiat Nədir ?

Yaxşı sənətkar bənzədər, Dahi sənətkar oğurlayar cümləsinin tam olaraq nə anlama gəldiyini bilirsiz ? Plagiat niyə edilir və əslində plagiat nəyə deyilir ? Yaxın oturun, danışırıq

Show more...
3 years ago
7 minutes 44 seconds

İlkin Umarov
Azərbaycan Televiziyasının Qısa Tarixi

Nəvar nəyox ? Musiqinin tarixi podcastında bi mövzuya deyinmişdim ,  televiziyaların reyting xətrinə kimi gəldi efirə çıxarmasıyla əlaqədər. Bu nəyə lazımdı , yaxşı musiqiçilərin lazımı qədər sevəni var , efirə onları çıxarsan yenə də reytinqi olar deyə düşünürdüm illər əvvəl. Məsələn Əli Mirəliyevi narın içindən çıxarmaq əvəzinə niyə Akif İslamzadəni səhnəyə çıxarmırlar ?  Hətda bu barədə öz bloqumda yazı yazmışdım , efirlər bərbat gündədi falan filan. Ama işin əsli belə deyilmiş birazdan bu barədə ətraflı danışacam. Nədi reytinq ? niyə bir televiziya proqramına reytinq lazımdı ?  Nəqədər vaxtdı televizora baxmırsan yaz aşağıda öz fikirlərini , məndə sənə biraz televiziyanın tarixindən danışım.

Show more...
3 years ago
7 minutes 3 seconds

İlkin Umarov
İlkin Umarovun təqdimatında , müxtəlif mövzularda podcastlar və videolar təqdim edirik. Qonaqlar isə bu mövzulara xüsusi rəng qatır. Xoş dinləmələr.