Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/PodcastSource116/v4/d2/16/07/d2160728-186c-90a8-0159-bc0128dc179b/65aec5a8-1a1a-4728-a0d7-f567b25a09ba.jpg/600x600bb.jpg
Əkinçi
akinchi
737 episodes
18 hours ago
Show more...
Education
RSS
All content for Əkinçi is the property of akinchi and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Show more...
Education
Episodes (20/737)
Əkinçi
Tələbələri süni zəka ilə bağlı düşündürməli olan suallar | Teymur Məlikov
Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik? Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir. Məlikov vurğulayır ki, süni zəka dəyərli bir fürsətdir, amma insanın yaradıcılığı və təfəkkürü həmişə ön planda qalmalıdır.  
Show more...
18 hours ago
12 minutes

Əkinçi
Təhsildə valideynlərin rolu | Elnur Xəlilov
  Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir. Qonağımız vurğulayır ki, evdə kitab oxumaq, gündəlik söhbətlər aparmaq və övladın maraqlarına diqqət yetirmək uşaqların təhsildə böyük fərq yaradır.
Show more...
3 days ago
10 minutes

Əkinçi
Bağçanın uşaqların formalaşmasında rolu | Nilufər Mehdiyeva
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına birbaşa təsir göstərir. Qonağımız əlavə edir ki, təbiətlə təmas və sərbəst qidalanma vərdişləri uşağın inkişafı üçün olduqca əhəmiyyətlidir və övladlarını bağçaya verən valideynlər bunu mütləq nəzərə almalıdırlar.
Show more...
1 week ago
18 minutes

Əkinçi
Proqramçılıq peşəsi necə dəyişib? | Cəmaləddin Həsənov
ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq. Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox praktiki bacarıqlara çevrilib və bu sahəyə yiyələnmək daha əlçatan olub, lakin ixtisasa həqiqi dəyər gətirən, hər zaman insanların bu sahəyə göstərdiyi maraq və yaradıcı yanaşmadır.
Show more...
1 week ago
8 minutes

Əkinçi
Qadınların əmək hüquqları | Təranə Qurbanova
Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər. Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə bağlandıqda və ya müqavilə müddəti başa çatdıqda xitam verilə bilər. İnsan resursları üzrə mütəxəssis Təranə Qurbanova əmək məcəlləsində nəzərdə tutulan bu müddəaları izah edir.
Show more...
2 weeks ago
21 minutes

Əkinçi
Vaksinlər barədə bilməli olduqlarımız | Şahnaz Həsənova
Bəşəriyyətin ən böyük ixtiralarından biri sayılan vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Hazırda 30 xəstəliyə qarşı peyvənd olduğunu deyən vaksinasiya kommunikasiyası üzrə mütəxəssis Şahnaz Həsənova əlavə edir ki, vaksinlər sayəsində çiçək xəstəliyi tamamilə aradan qaldırılıb, polionun isə tamamilə yox edilməsi gözlənilir. Bununla belə, son illər artan dezinformasiya bəzi valideynlərin uşaqlarını vaksinlərdən yayındırmasına səbəb olub. Qonağımız qeyd edir ki, tibb işçiləri valideynlərin narahatlıqlarını anlamalı, suallarını diqqətlə dinləməli və elmi əsaslarla cavablandırmalıdırlar.
Show more...
2 weeks ago
14 minutes

Əkinçi
Azərbaycanda aqrar sahənin potensialı və yeni dövrün çağırışları | Vüqar Mamedov
Sərmayələrin idarəedilməsi strategiyası üzrə mütəxəssis Vüqar Mamedovla ölkənin kənd təsərrüfatı sektorundakı nailiyyətlər və aqrar sahənin potensialı haqqında danışdıq. Qonağımız bu sahədə yüksək texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, artıq dronların, süni intellektin və ağıllı sensorların kənd təsərrüfatını dəyişdiyini qeyd edir. Lakin spiker xəbərdarlıq edir: gələcək uğur təkcə texnologiyadan deyil, həm də yeni nəsil peşəkarların bu sahəyə cəlb olunmasından asılı olacaq.
Show more...
3 weeks ago
19 minutes

Əkinçi
Datadan yaranan xidmətlər həyatımızı necə daha rahat edir? | Yaşar Əhmədov
Data elmi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz alış-veriş edəndə, musiqi dinləyəndə, taksidən istifadə edəndə və hətta münasibətlər quranda belə. Yaşar Əhmədov qeyd edir ki, data əsasında qurulan sistemlər insanların həm vaxtına, həm də resurslarına qənaət edərək, həyat keyfiyyətini yüksəldir. Qonağımız vurğulayır ki, gələcəyin uğuru datadan necə istifadə etməyimizdən asılı olacaq.
Show more...
3 weeks ago
9 minutes

Əkinçi
Süni zəka, əmək bazarı və qanunvericilik | Anar Əlizamanlı
Hüquqşünas Anar Əlizamanlı ilə süni zəkanın əmək bazarına və hüquqa təsirindən danışdıq. O bildirir ki, süni zəka konsultantlıq və hüquq kimi ağ yaxalı peşələri avtomatlaşdırmaqla yanaşı, çox sayda başlanğıc səviyyəli iş yerlərinin ixtisarına səbəb olub. Bu isə gənc mütəxəssislərin təcrübə qazanmaq imkanlarını məhdudlaşdıraraq, şirkətlərin və ölkələrin kadr yetişdirmə potensialını risk altına qoyur. Qonağımız qeyd edir ki, bəzi təhlilçilər bu innovasiyanın iqtisadiyyata müsbət təsir göstərəcəyinə inansalar da, mövcud hesabatlar süni zəkanın yeni iş yerlərindən dəfələrlə çoxunu ixtisar edəcəyini göstərir.
Show more...
4 weeks ago
19 minutes

Əkinçi
Sinif otağında süni zəka: Alət, müəllim, yoxsa təhdid? | Rəna Ələsgərova
Bakı-Oksford Məktəbinin tam orta təhsil üzrə direktor müavini Rəna Aləsgərova ilə süni zəkanın təhsildə transformativ rolunu müzakirə etdik. Spiker qeyd edir ki, bəzi təhsil müəssisələri süni zəkanın istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Halbuki süni zəka artıq siniflərdədir və onu qadağan etmək və ya yanlış tətbiq etmək əvəzinə, düzgün şəkildə təhsilə inteqrasiya etmək vacibdir. Rəna Aləsgərova vurğulayır ki, süni zəka şagirdlərin öyrənmə imkanlarını genişləndirə bilər, lakin onların tənqidi düşüncə və təhlil bacarıqlarının zəifləməsinin qarşısını almaq müəllimlərin əsas vəzifələrindən biridir.
Show more...
1 month ago
10 minutes

Əkinçi
Məktəblərdə uşaqların qorunması: İngiltərə təcrübəsi | Zeynəb Rzayeva
Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik. Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasının və tərəddüd etmədən tədbir görməsinin vacibliyini qeyd edir.
Show more...
1 month ago
26 minutes

Əkinçi
Ölkədə idmana daha ciddi münasibət göstərilməlidir | Nəzrin Qəribova
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub. Qonağımızla gənclərin formalaşmasında idmanın rolu, xüsusilə də ABŞ və Azərbaycan gənclərinin idmana yanaşmaları və onlara təqdim edilən imkanların müqayisəsi barədə söhbət etdik.
Show more...
1 month ago
14 minutes

Əkinçi
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı | Nəzrin Əsgərova
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən  mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir. Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün missiyası, nailiyyətləri və qarşılaşdığı çətinliklər barədə danışdıq. 
Show more...
1 month ago
15 minutes

Əkinçi
Neft və qaz sərvəti ilə uşaqların gələcəyinə sərmayə | Aytəkin Hüseynli
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər. Qonağımız bizimlə söhbət zamanı təbii sərvətləri olan ölkələrdə uşaqların gələcəyinə sərmayə qoyulmasının mexanizmi ilə bağlı apardığı tədqiqatdan danışıb.
Show more...
1 month ago
17 minutes

Əkinçi
Məktəblərdə musiqi fənni niyə vacibdir? | Sara Timurova
Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyərindən başqa musiqi uşaqlar üçün güclü mənəvi və intellektual tərbiyə vasitəsi ola bilər.
Show more...
1 month ago
28 minutes

Əkinçi
İnnovasiya ekosisteminin sütunları | Tuğra Musayeva
"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq. Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yaranması üçün şirkətdaxili mədəniyyətin uyğunlaşmaya məcbur olduğunu vurğulayır.
Show more...
1 month ago
22 minutes

Əkinçi
Uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirlər: Mif, yoxsa həqiqət? | Murad Akifsoy
Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik. Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.
Show more...
1 month ago
26 minutes

Əkinçi
Gələcəyin qidası | Nərmin Axundova
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir. Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.
Show more...
1 month ago
12 minutes

Əkinçi
Oyunlaşdırma nədir və necə işləyir? | Şahin Əliyev
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb. Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.
Show more...
2 months ago
14 minutes

Əkinçi
Təhsilin gələcəyi: Süni zəka və çoxşaxəli zəka | Abbas Abbasov
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur. Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır. Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.
Show more...
2 months ago
11 minutes

Əkinçi