Home
Categories
EXPLORE
Religion & Spirituality
News
History
Music
Business
Society & Culture
Education
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
SN
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts112/v4/87/9b/cf/879bcf93-08c1-3880-0ebf-59878bde15ca/mza_7692678322120960517.jpeg/600x600bb.jpg
Havva Safarova - Ninja Mama Podcast
Havva Safarova
34 episodes
4 months ago
Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Parenting
Kids & Family,
Business,
Society & Culture,
Entrepreneurship,
Relationships
RSS
All content for Havva Safarova - Ninja Mama Podcast is the property of Havva Safarova and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Parenting
Kids & Family,
Business,
Society & Culture,
Entrepreneurship,
Relationships
Episodes (20/34)
Havva Safarova - Ninja Mama Podcast
Xəstəxanalarda firma dərmanı biznesi

Həkim psixiatr Orxan İsgəndərovla seanslar zamanı "dərman istifadəsi" və bu asılılıq yaradırmı mövzusundan danışdıq! Sizin öz şəxsi təcrübələriniz necə olub? Bizimlə paylaşın.

0:07 - Salamlaşma

1:13 - “Şizofreniya, depressiya kimi bir sıra psixoloji xəstəliklərin sağalması mümkün deyil” - bu həqiqətdirmi?

3:52 - Psixi sağlamlıq istiqamətində miflər var. Bunlar hansılardır və nədən qaynaqlanır?

6:16 - Psixoterapiya yalnız danışmaqdırmı?

7:12 - Firma dərmanları effektsizdir? Niyə firma dərmanlarından bu qədər qorxuruq?

9:29 - Apteklərin alternativ dərman tövsiyəsi nə dərəcədə etikdir?

14:38 - Hansı mərhələdə, kimə (psixoloq, psixoterapevt, nevropatoloq və b.) müraciət etməliyik?

17:23 - Dərmanlar asılılıq yaradırmı?

19:37 - Dərman psixoloji problemdə nə kimi rol oynayır? Nəyə kömək edir?

24:10 - Dərmanın istifadə fərqindəliyində olmaq həmin xəstəliyə təsirinə kömək edirmi? Yoxsa, faydalı olacağına inandığımız üçün təsir edir?

29:07 - Uşaqlarda dərmanın effektivliyi uzunmüddətli inkişafında hər hansı əks təsir göstərə bilərmi? Bu tərz dərmanların əks təsirləri nələrdir?

31:34 - Hiperaktiv pozuntusu olan uşaqlarda psixoterapevtik müdaxilə nə dərəcədə rol oynayır?

#HavvaSafarova #OrxanIsgenderov #podcast

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
33 minutes 31 seconds

Havva Safarova - Ninja Mama Podcast
Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?

Bugün bizə psixoloqların həddindən artıq məlumat axını nəyi ötürməyə çalışır? Travmalar bizə həqiqətən zərərmi verir? Bu proseslərin qızıl ortasını qonağım, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Ramil Hüseynzadə ilə müzakirə etdik. Bəs siz necə düşünürsünüz?

01:00 - Ramil Hüseynzadə kimdir?

01:30 - Psixi dözümlülük nədir?

02:40 - Bizim valideynlərin psixologiyası yox idi? Niyə onlar haqqında kimsə düşünmürdü? Ancaq biz indi hər şeyi travma ilə əlaqələndiririk.

05:34 - İnsan ya tam dərinə gedir, ya da ümumiyyətlə psixologiyanı məsxərəyə qoyur. Bunun qızıl ortası nədir? Hər şeydəmi psixoloqa qaçmaq lazımdır?!

10:33 - Çətin zamanlar güclü insanlar formalaşdırır, güclü insanlar zəif xarakterlər formalaşdırır. Bu fikirlə razısınızmı? Burada qızıl orta nə olmalıdır?!

14:45 - Səni dəstəkləməyən partnerindən boşanmaq, yoxsa istədiyin dəstəyi alana kimi mübarizə aparmaq? Doğru olan nədir?

20:19 - Boşanmağı adiləşdirmək nə dərəcədə normaldır?

25:57 - İnsanlar bəzən münasibətlərinin qeyri-sağlam olmadığının fərqində olmurlar və bunu normallaşdırırlar. Biz boşluqlarımıza görə münasibətə giririk? Buna əsl mənada nə ad vermək olar?

31:39 - Psixoloji dözümlülüyü kontrolda saxlamağın bir yolu var? Fərqində olmaq hər şeyi həll edir?

38:54 - Niyə biz realı qəbullanmırıq? Niyə reallıqlardan qaçırıq?

44:54 - Niyə yol bizə maraqlı deyil? Niyə bu yolun dadını çıxarmaq istəmirik?

50:38 - Uşaqların psixoloji dayanıqlığını davamlı etmək üçün valideynlər necə və hansı addımlar atmalıdırlar?

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
56 minutes 5 seconds

Havva Safarova - Ninja Mama Podcast
Rahat pul qazanmaqdan yeniyetmələr təhsildən uzaqlaşırmı?
Həkim-psixiatr Vəfa Şirinova ilə Yeniyetməlik nədir, yeniyetmənin yetişkindən fərqi nədir, yeniyetmə ilə necə davranmalı, yeniyetmələrə qarşı edilən bullinqlər, yeniyetmələrlə bağlı hansı risklərə diqqət etmək lazımdır, yeniyetməlik - təhsil və qərarlar, müasir yeniyetməlik, evdə yeniyetmələr varsa necə davranmalı mövzusunda Ninja Mama Podcast görüşümüzdə geniş müzakirə etdik!

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
42 minutes 39 seconds

Havva Safarova - Ninja Mama Podcast
Niyə işləri ertələyirik? DƏHB nədir?

DƏHP - Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu son zamanlarda olduqca aktuallaşan mövzudur.

02:53 - Diqqət əksikliyi və hiperaktivlik pozuntusu əslində 2 ayrı-ayrı ifadələrdir. Niyə birlikdədirlər? Və ümumiləşdirsək nə mənaya gəlirlər?

05:08 - İmplusivlik tərbiyə olunan bir şeydirmi? İmplusivliyin tərbiyə şəkli qorxu və əzmdirmi?

11:22 - Necə o uşaqları qaydada saxlamaq olar? Bu disiplinin təməl qaydası nədir? Bu hansı yaşdan başlayır?

12:43 - Uşağın beyni formalaşdığı zaman yaranan problemlər sadəcə qidadanmı asılı olur yoxsa inkişaf prosesində olacaq bir şeydirmi?

16:37 - Niyə uşaqlarda məhz uşaq yaşlarında psixoloji dəstək almağa bu qədər meyilli olmuruq? Niyə mütləq ki, altında "nəsil problemi" axtarırıq? Valideynlər nəyi görməkdən qorxurlar?

23:03 - Ertələmə xəstəliyi. Bunun kökündə dayanan şey nədir? Bu diqqət əksikliyinin ən təməl problemidir?

29:16 - Gənclər asılılıq və implusivlikdən əziyyət çəkirlərsə bunun öhdəsindən necə gəlsinlər? Dəstək alaraq bunun öhtəsindən gələ bilərlərmi?

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
34 minutes 4 seconds

Havva Safarova - Ninja Mama Podcast
Gənclər niyə intihar edir? Çıxış yolun var! Bu podcastı dinlə

İntihar xəbərləri yayıldıqca, intihar halları artır. Mütəxəssislər bildirir ki, bir çox hallarda intihar qarşı tərəfi cəzalandırmaq üçün atılan addımdır və bu birdən-birə baş verəcək proses deyil. Qonağım, Nəfəs Psixi-sağlamlıq mərkəzinin həkim-psixiatrı Əziz Mustafayev ilə intihar, yalançı və şişirdilmiş media başlıqları və bunun qeyri-etik tərəflərindən danışdıq.

Bəs siz necə düşünürsünüz?

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
4 months ago
33 minutes 52 seconds

Havva Safarova - Ninja Mama Podcast
Azərbaycanda 250 AZN ödəyərək, Özəl məktəbdə uşaq oxutmaq olar?

0:10 - Tural bəy kimdir? Nəçidir? Nə işlə məşğul olur?

3:15 - 5 illik yaratmış olduğunuz bir sistemi qoyub, yenidən, sıfırdan bir sistem yaratmağa sizi təşviq edən nədir?

5:37 - Zəfər liseyi haqqında ətraflı məlumat almaq istərdim. Həqiqətən təhsil 250 manatdırmı? Necə olur bir çox özəl məktəbdə illik ödəniş 7-8000-dən başlayarkən siz sadəcə 250 manata təhsil deyirsiniz?

10:25 - Beynəlxalq təhsilə yönəlmək önəmi hardan gəlir? Yerli təhsil sistemində problem var ki, biz daha çox beynəlxalq təhsilə qaçmağa çalışırıq?

15:45 - Beynəlxalq təhsil sahəsində hansı təcrübələriniz var? Hansı layihələrdə iştirak etmisiniz? Hansı layihələrə təşəbbüs göstərmisiniz?

20:26 - Beynəlxalq təhsilin uşağın karyera yolunda sözünü dediyi nüans nədir? Bakıda və ya rayonda böyüyüb, daha sonra öz üzərində işləyərək beynəlxalq təsilə yiyələnə bilən insanlardan fərqi nə olacaq beynəlxalq təhsil alan uşağın?

24:21 - Beynəlxalq təhsil proqramında şagirdlər hansı imtahanları vermələri vacibdir?

27:17 - Bu sahədə, proqramların tətbiqi Azərbaycanda nə dərəcədə yayqındır? Valideyn olaraq zəmanət və rahatlığı necə ala bilərik ki, həqiqətən dərsləri tədris edən müəllimlər ixtisaslı kadrlardır?

30:14 - O zaman belə çıxır ki, bizim yerli kurikulum sistemi hərtərəfli olmağı öyrədir, nəyinki beynəlxalq sistem (parafreys)

30:45 - Valideynləri beynəlxalq təhsildə maraqlandıran və sizin təcrübənizə ən çox daxil olan sual və narahatlıqlar nədir?

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
11 months ago
39 minutes 43 seconds

Havva Safarova - Ninja Mama Podcast
Niyə təntiyirik? Təntimə hansı psixoloji problemimizi göstərir?

Ninja Mama Podcast-ının bu dəfəki qonağı, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin (  / nefes.academy   ) həkim-psixiatrı Orxan Fərəcli ilə OKP-dən, yəni Obsessiv Kompulsiv Pozuntudan, loru dildə desək, təntimə zamanı yaranan psixoloji problemlərdən danışdıq!

Toxunduğumuz mövzular aşağıdakı kimidir:

1. OKP nədir? İnsan hansı səbəblərdən bu xəstəliyə tutulur? Ümumiyyətlə bu xəstəlikdir mi?

2. OKP bir çox hallarda digər təşviş pozuntusu, depressiya kimi psixoloji narahatlıqlarla qarışdırılır. İnsan hansı halda anlamalıdır ki, onda məhz budur və vaxtında mütəxəssisə müraciət etsin?

3. OKP-li insanlar mütəxəssis seçən zaman, ən önəmli nələrə diqqət yetirməlidir?

4. OKP sağala bilən xəstəlikdir mi? Hansı hallarda sağalması insanın çətinləşir?

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz:

https://kofe.al/@havva-safarova

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
33 minutes 45 seconds

Havva Safarova - Ninja Mama Podcast
Niyə boşanırıq? Azərbaycanda hər 2 ailədən 1-i boşanır - Elmir Təhməzovla Nəfəs dolu görüş

Azərbaycanda statistikaya görə evlənən hər 2 cütlükdən 1-i boşanır. Bəs bu boşanmaların səbəbi nədir? Evlənirik ki boşanaq? - qonağım, Nəfəs Psixonevroloji Mərkəzinin (   / nefes.academy   ) psixiatrı Elmir Təhməzov!

00:40 - Salamlaşma

01:48 Evlilikdə biz nəyi yanlış edirik ki, boşanma ilə nəticələnir?

03:22 - Rəsmi nikah həqiqətən sığortadırmı?

07:55 - Evlilikdə cinsəllik nə qədər önəmlidir?

12:05 - Qadınlar evləndikləri zaman niyə həyat yoldaşlarının xarakterini dəyişmək istəyirlər?

15:34 - Uğursuz psixiatr yanaşması bir ailəni dağıda bilərmi? Bəzən psixiatrlar yanlış yönləndirilirmi?

25:45 - Ailə dağılmasında kim günahkardır?

29:25 - Cütlüyün bir birinə sevgisi bitsə, bu evlilik bərpa ola bilir?

42:42 - Yanlışı özündə görünməyən insanla evlilik davam edə bilər?

56:00 - Sağollaşma

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
56 minutes 40 seconds

Havva Safarova - Ninja Mama Podcast
Disleksiya nədir? - Uşağım yazıları tərs görür və yaza bilmirsə?!

"Başı var amma oxumur!" - çox mu deyirsiniz övladınıza? Bəlkə görmədiyiniz problemi var? Mən də o problemi görməmişdim! Disleksiya haqqında daha çox müəllim və valideyn bilməlidir, bilməlidir ki, uşaqlar təhsildən geri qalmasın!

00:40 - Salamlaşma

01:21 - Disleksiya nədir? Disleksiya üzrə həyəcan təbili nə zaman çalınmalıdır?

03:47 - Disleksiyanın ilkin əlamətləri nədir?

05:50 - Valideyn nə zaman anlamalıdır ki, nəsə düzgün getmir?

11:19 - Disleksiya ilə diqqət əksikliyi arasındakı fərq nədən ibarətdir? Valideynlər kimə müraciət etməlidir?

14:31 - Hansı mərhələlərdə disleksiya yox olur? Ümumiyyətlə disleksiya tam sağalırmı?

21:25 - Kumulyativ anlatma strategiyası nədir?

22:37 - Disleksiya ilə mübarizə üçün valideynlərə və müəllimlərə tövsiyəniz nədir?

26:55 - Sağollaşma

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
27 minutes 24 seconds

Havva Safarova - Ninja Mama Podcast
Şəxsi brendinqimizin biznesimizə təsiri | Kvan kitabının müəllifi Coşqun Kərimov | Ninja Mama

Bugünün əsas tələbi satışdır mı yoxsa dəyər yaratmalıyıq? Bizim şəxsi brendinqimiz biznesimizin inkişafına nə dərəcə təsir edir?

Kvan kitabının müəllifi Coşqun Kərimov "aşırı məşhurluq heç də yaxşı bir şey deyil, əgər doğru istifadə edilmirsə".

"Danış Görək" adlı kitabında hazırda bu danışdıqlarımızın üzərinə əsas vacib detallar və ipuclarından ibarət tövsiyələrini qaçırmayın: https://kofe.al/@joshgun

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz:

https://kofe.al/@havva-safarova

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
24 minutes 30 seconds

Havva Safarova - Ninja Mama Podcast
20-li yaşlarda qadın sahibkar olma problemləri (Fəridəni narahat edən nə idi?) - Ninja Mama Podcast

Azərbaycanda gənc yaşlardan biznesə başlayan qadınlar, adətən və ya daha çox hansı problemlərlə rastlaşırlar? Mən, Həvva Səfərovanın təqdimatında Ninja Mama podcastımın bu dəfəki qonağı sahibkar, ilin Tech influenseri Fəridə Əsgərzadədir.

Bəs siz cəmiyyətimizdə hansı problemlərlə üzləşmisiniz qadın sahibkar olaraq?

Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz:

https://kofe.al/@havva-safarova

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
19 minutes 7 seconds

Havva Safarova - Ninja Mama Podcast
Uşaq infeksiyaları ilə bağlı ilkin görülməli tədbirlər | Peyvəndin önəmi | Bahar Quliyeva

Qonağım epidemioloq Bahar Quliyeva ( sosial media hesabı @epidlife_savelifewithus ) son dönəmlər yayılan infeksion xəstəliklər və onlardan müdafiə haqqında müsahibim oldu.

00:10 - Salamlaşma

00:49 - Vaksin vurulmalıdırmı? Peyvənd vurulmalıdırmı? Ümumiyyətlə peyvəndlərə qarşı bizdə niyə ikili münasibət var? Bəzi analar deyir ki, mütləq vurulmalıdır, bəzi analar isə bunun qəti əleyhinədir. Bir ortası yoxdur bunun?

04:48 - Biz necə öz övladlarımızı uşaqlarına peyvəndlənməni etməyən laqeyd valideynlərdən qoruyaq?

06:56 - Övladlarımızda bitlənmənin(pedikulioz) artım səbəbi nədir?

09:12 - Övladlarımızı bağçada bağırsaq infeksiyasından necə qoruya bilərik?

12:43 - Bağırsaq infeksiyası ilə bağlı profilaktik tədbirlər varmı? Biz bu infeksiyadan öncədən necə xəbər tuta bilərik?

14:05 - Qonağın son sözü

14:41- Sağollaşma

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
15 minutes 4 seconds

Havva Safarova - Ninja Mama Podcast
Valideynimizlə münasibətimizin karyera və sevgi həyatımıza təsiri | Leyla Azadi | Ninja Mama

00:00 - Salamlama, Leyla Azadi kimdir

01:10 - Biz insan olaraq yetişdiyimiz zaman valideynlərimizin təsiri bizə həqiqətən bu qədər çox olur ya genetik faktorlar öz sözünü deyir?

02:30 - Valideynlərdən gələn hər şey mi travmadır? Bundan necə qorunmalıyıq?

04:50 - Həqiqətən mi valideynlər bu qədər günahkardır? Bəs onların aldığı travmalar?

07:00 - Sanki bəzən başqa insanların, özəlliklə yaxınlarımızın seçimlərini zorlamalıyıq və müdaxilə etməliyik. Yalnış mı düşünürük?

08:10 - Yeni evli cütlüklərdə ailə sərhədlərinin pozulmasının qarşısını necə qorumaq olar? Ananı bu proseslərdən necə uzaq tutmaq lazımdır?

11:00 - Toksik sevgidə olan valideynlərin "mən sənin yaxşılığını düşünürəm" manipulyasiyalarından yığılan uşaqların partlayış anında emosiyaların idarə edilməsinin püf nöqtəsi nələrdir?

16:55 - Valideynlərimizlə olan çaxnaşma anından özümüzü maksimum necə qoruya bilərik?

20:00 - Müəyyən çətinlik və günahlandırılma duyğusunda onların dəyişimi üçün "necə valideynimi incitmədən, mən azad ola bilərəm" sorğulamalarına hansı tövsiyələri verə bilərsiniz mütəxəssis kimi?

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz:

https://kofe.al/@havva-safarova

👋 Kanalıma abunə olun!

/ @havvasafarovabloq

💡valideynimlə münasibətimin karyerama təsiri..

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Instagram:

/ ninjamama_podcast

/ havva-safarova

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
24 minutes 57 seconds

Havva Safarova - Ninja Mama Podcast
Fabrika ayarlarımda mən kiməm və niyə travmalarım döngü yaşayır? | Sevda Əliyeva | Ninja Mama

Natamamlıq hissimiz bizə daim özümüzü inkişaf etdirmək üçün, daha yaxşı versiyamız halına çatmamız üçün bir stimul, impuls verir. Fabrika ayarlarımıza hər zaman geri dönürük, bu döngü bitmir, axı travmalarımızın fərqindəyik. Bəs bu fərqindəlik travmaları sağaltmadıqda bir işə yarayır mı?

Yarasaydı, biz hər oxşar hadisədə eyni reaksiyaları verməzdik, eyni tərz emosiyalar sərgiləməzdik. Sağalmamış travmalar bizi hər dəfəsində məhz öyrəşilmiş fabrika ayarlarımıza aparır.

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz:

https://kofe.al/@havva-safarova

👋 Kanalıma abunə olun!

/ @havvasafarovabloq

💡yaşadığım hisləri ilk öncə özümə qarşı yaşayıram...

• mən keçmişimə sahib çıxdığım zaman, o güc, mənim bir parçam olur

Həvva Səfərova Kimdir?

  / havva-safarova-034456133  

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Instagram:

/ ninjamama_podcast

/ havva-safarova

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
25 minutes 48 seconds

Havva Safarova - Ninja Mama Podcast
Emosional yoxsa Aqressiv - ziddiyətli iki ifadəni harada doğru istifadə edək? - Orxan Şahbaz

Aqressiya nədir və necə formalaşır? Nə vaxt emosiyalarımızın qurbanı olaraq, biz daha aqressiv mövqe sərgiləyirik? - Ninja Mama ilə Orxan Şahbazın #Zidd söhbətləri

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digər valideynlər ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz:

https://kofe.al/@havva-safarova

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Instagram:   / ninjamama_podcast  

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
28 minutes 32 seconds

Havva Safarova - Ninja Mama Podcast
Təbii yeməklər varsa, qida əlavələri valideyn özünə rahatlıq axtardığı üçündür

Təbii qida əlavələri olduğu müddətdə, xüsusi göstəriş olmadan süni qida əlavələrinə gərək yoxdur. Qonağım Hetero şirkətinin direktoru, Rüfət Səmədov

Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digər valideynlər ilə bölüşməyi unutmayın.

🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz:

https://kofe.al/@havva-safarova

👋 Kanalımıza abunə olun!

/ @havvasafarovabloq

💡süni qida əlavəsi adı üzərində, sünidir...

• balığın özünü qoyub, balıq yağı verməyin

Həvva Səfərova Kimdir?

  / havva-safarova-034456133  

📬ƏMƏKDAŞLIQ ÜÇÜN

havvasafarova@gmail.com

Instagram:   / ninjamama_podcast  

Podkastı dinləmək üçün:

🔻Spotify: https://open.spotify.com/show/1EsGkyE...

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
19 minutes 14 seconds

Havva Safarova - Ninja Mama Podcast
Uşaqlarla səyahət zamanı tibbi çantamızda hansı dərmanlar olmalıdır? - Ninja Mama

Uşaqlarla səyahət zamanı #uşaqsağlamlığı ilk düşündüyümüz detaldır və bu səbəbdən də, #NinjaMama podcastı tətildə olsa da, qısa və net bu mövzuya toxunacağımız çəkilişi etdik.

Pediatr Gülnar Abdullayeva, səyahət zamanı baş verə biləcək mümkün bütün problemlər və onlarla mübarizədən danışdıq.

Səyahət gözəldir, uşaqlarla səyahət isə məsuliyyətli gözəldir. Necə deyərlər ehtiyat igidin yaraşığıdır.

📬ƏMƏKDAŞLIQ ÜÇÜN YAZIN: havvasafarova@gmail.com

Instagram:   / havva_safarova  

Podkastı dinləmək üçün:

🔻Spotify: https://open.spotify.com/show/1EsGkyE...

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
15 minutes 12 seconds

Havva Safarova - Ninja Mama Podcast
Sağlam qida biznesi - Avokadolar həqiqətən mi sağlamdır? - Fərid Səfərov - Ninja Mama Podcast

Ən çox sosial media üzərindən təbliğ edilən avokadolar həqiqətən də sağlamdır mı? Ümumiyyətlə, sağlam qida nədir və necə olmalıdır? Sağlam qidalanma zamanı nələri əsas götürməliyik? - qonağım qida eksperti Fərid Səfərov (  / frd.safarov   ) bu istiqamətdə suallarıma cavab verdi.

Sualınız varsa, yazın. Videoya dəstək üçün bəyənməyi və şərh etməyi unutmayın.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
34 minutes 17 seconds

Havva Safarova - Ninja Mama Podcast
Qaynanalar gəlindən nə istəyir? - Ninja Mama - Günel Xəlilova - Esmira Səfərova - Həvva Səfərova

Qaynana-Gəlin münasibətləri və altında yatan psixoloji travmalar. Bu dəfə iki fərqli qonağımla həm real düşüncə, həm də bunun altında yatan psixoloji nüanslar üçün söhbət etdik.

Qonaqlarım - qaynanam Esmira Səfərova, psixoloq Günel Xəlilova (   / psixoloq_gunel_xelilova   )

Sualınız varsa, yazın. Videoya dəstək üçün bəyənməyi və şərh etməyi unutmayın.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
39 minutes 53 seconds

Havva Safarova - Ninja Mama Podcast
Doğum xəritəsi övladımızın həyat yolunda necə dəyişir?

Doğum xəritəsi insanların həyati yollarına istiqamət verdiyi üçün yaxşı olar ki, bu istiqaməti uşaqlarımızda da tətbiq edək ki, həm uşağımızın potensialına bələd olub onları istiqamətləndirə bilək, həm də ki, uşaqlıqdan doğru düzgün tərbiyələndirməyə qatqımız olsun.

Eyni zamanda uşaqların xəstəlik ehtimallarını doğum xəritəsindən bilirik, bu da bizim onlar üçün başından tədbir görməyimiz üçün bir şans olmuş olur.

Qonağım Arzu Məmmədli ( https://instagram.com/arzu_mammadlii?... ) bu istiqamətdə bütün suallarımı cavablandırdı.

Kanala abunə olmağı və fikirlərinizi bildirməyi unutmayın.

Əməkdaşlıq və sponsorluq üçün havvasafarova@gmail.com mail ünvanına yaza bilərsiniz.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 years ago
15 minutes 8 seconds