Əgər bir gün yol səni qəlbindəki qaranlıq meşəyə aparsa, bu hekayəni xatırla. Üstünə qaranlıq çöksə də, şər yolunu kəssə də üzünü işığa tut. Unutma sən işıqlandırarsan gecəni 🌙
“Yaxşı insan olduğun üçün hamının sənə yaxşı davranmasını gözləmək, vegeterian olduğun üçün bir buğanın sənə hücum etməməsini gözləmək kimidir.” - deyib Fridrix Nitsşe.
Biz də bu barədə çox danışdıq və ümid edirəm ki, səni çaşdırmarıq. Səs keyfiyyətindəki problemlərə çox da fikir vermə. Düzəltməyə çalışırıq. Yolun həmişə yaxşı insanlarla kəsişsin, ay Fikirçi ❤️
Uzun sözün qısası , ay Fikirçi, yaxşı ki, sən sənsən, mən də mən. Sevgi həmişə yaxınında olsun ❤️🪁
Mahnı üçün link :
https://www.instagram.com/reel/DKuxfiTNjCE/?igsh=dTA4NWswZjlkYnFz
İndi ya sonra, doğurdan budur məsələ?
Bilmirəm. Bəzilərimiz planları qovur, bəzilərimiz planlardan qaçır və istənilən halda zaman axıb gedir. Bu elə bir az həyatla da qaçdı-tutdu oynamağa bənzəyir. Səndə necədir vəziyyət, ay Fikirçi? Qovursan ya qaçırsan?
Deyilənə görə çətin adam imişəm mən. Nə yalan deyim, elə mənim üçün də yaman çətindir mən olmaq. Amma sənə bir söz deyim, ay Fikirçi? Bu dünyaya neçə dəfə gəlsəm, mən yenə mən olardım. Sən də özündən möhkəm yapış. Nə demişdik? Səndən başqa sən yoxdur bu dünyada 🪁
Salam, ay Fikirçi! Bugün sənə nağıl danışacam. Gündəlik qayğılarını bir kənara qoy, nağıla qulaq as. Bəlkə sənin payına sehrli alma düşdü 🍎✨
Mənə yazmaq istəsən :
https://www.instagram.com/clzma.qara?igsh=amphMmE0YnphZWIz
Beynimin dərinliklərinə xoş gəlmisən, ay Fikirçi. Bu bölümdə sənə qarışıqlıqdan başqa heç nə vəd eləmirəm. Hazırsansa, kəmərini bağla.
Növbəti dayanacaq: Neverland ✨
Həyatımın bundan sonrasını bir müddət sadəcə dolma bükərək keçirmək istəyirəm demişdim anama. Elə də oldu.
Nə danışıre bu qız?
Nə bilim vallah. Qulaq as, gör nə danışır da ❤️