Bakı şəhərinin baş planın təsdiqindən düz bir il keçir. Bu bir il ərzində şəhərdə bəzi dəyişikliklər görsə də, perspektivimiz tam məlum deyil. Bu sənədi ətraflı təhlil edən şəhərsalma üzrə memar Dilqəm İsmayılov öz fikirlərini, təkliflərini və xarici təcrübəni növbəti podkastımızda paylaşdı.
İnsan yönümlü şəhər necə olmalıdır? Avropa və Asiyanın uğurlu təcrübəsi hansıdır? Bakı və digər şəhərləri hansı ölkələrlə müqayisə edək və hansı istiqamətdə addımlayaq? İnsan yönümlü podkastın ikinci buraxılışında urbanist-tədqiqatçı Bayram Axundov ilə bu mövzular haqqında danışdıq.
İnsan yönümlü podkastın ilk buraxılışında memar Dilqəm İsmayılov ilə Bakı şəhərinin memarlıq tarixindən söhbət açacağıq.
Bakının kult binaları, stalinka və xruşovkaları, mikrorayonları və müstəqillik dövrünün problemlərindən söhbət açdıq.