Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts221/v4/1f/d3/0a/1fd30a19-f9b9-5f0e-4fda-ff1e755e67f7/mza_2800692150536502776.jpg/600x600bb.jpg
Sonra Dedim Ki
Shamsaddin Amanov
9 episodes
3 days ago
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!
Show more...
Society & Culture
RSS
All content for Sonra Dedim Ki is the property of Shamsaddin Amanov and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!
Show more...
Society & Culture
https://d3t3ozftmdmh3i.cloudfront.net/production/podcast_uploaded_nologo/13119826/13119826-1643535342614-fb1aee04ae4f3.jpg
FƏLSƏFƏ | Əxlaq Fəlsəfəsi Nədir? Qısa Giriş
Sonra Dedim Ki
3 minutes 30 seconds
4 years ago
FƏLSƏFƏ | Əxlaq Fəlsəfəsi Nədir? Qısa Giriş

Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. 

Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır.İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır.Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər.Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir. O biri yandan heyvanların da etdikləri hərəkətlər var. Ancaq insan fəaliyyətləri, heyvanlarda gördüyümüz davranış və hərəkətlərdən çox fərqlidirlər. Heyvan davranışları və hərəkətləri təbii meyllərə, instiktlərə və məcburiyyətə söykənirlər. Məsələn, quşların yuva tikməsi, müəyyən vaxtlarda uçub getməsi ,ov tutması, çoxalması və s. kimi davranış və hərəkətlər, instinktlərlə müəyyən edilən, dəyişməyən, məcburi, mexaniki hərəkətlərdir. İnsanlarda da bu növ instinktiv hərəkətlər olur. Qidalanma, özünü müdafiə və çoxalma kimi. Amma insanın bunlardan başqa azad olaraq etdiyi hərəkətlər də var. Bunlar iradəyə dayanan hərəkətlərdir. Bunları məcburi hərəkətlərdən ayırmaq üçün onlara əxlaqi fəaliyyətlər deyilir. Bunlar istəyərək, şüurlu olaraq etdiyimiz hərəkətlərdir. İradəyə dayandıqları üçün də azad hərəkətlərdir. İnsan fəaliyyətlərin bu xüsusiyyətini görən alimlər hələ qədim dövrdən bu fəaliyyətlərin izah etməyə çalışmışlar. Bu işi görən fəlsəfəyə də praktik fəlsəfə və ya əxlaq fəlsəfəsi (etika) adını vermişlər.

Mənbə: Vikipediya (https://az.wikipedia.org/wiki/Əxlaq_fəlsəfəsi)

Səsləndirən: Amanov Shamsaddin

Tags: Fəlsəfə, Azərbaycanca Fəlsəfə, Əxlaq, Filosof, Azərbaycanca Podcast, Spotify Azerbaijan, Spotify Azərbaycan

Sonra Dedim Ki
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!