Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts221/v4/1f/d3/0a/1fd30a19-f9b9-5f0e-4fda-ff1e755e67f7/mza_2800692150536502776.jpg/600x600bb.jpg
Sonra Dedim Ki
Shamsaddin Amanov
9 episodes
3 days ago
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!
Show more...
Society & Culture
RSS
All content for Sonra Dedim Ki is the property of Shamsaddin Amanov and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!
Show more...
Society & Culture
https://d3t3ozftmdmh3i.cloudfront.net/production/podcast_uploaded_nologo/13119826/13119826-1643535342614-fb1aee04ae4f3.jpg
FƏLSƏFƏ | Fridrix Nitsşe Kimdir? Filosof'un Həyatı, Yaradıcılığı, Anarxizm, Faşizm, Psixoanaliz üzərində təsiri (Friedrich Nietzsche)
Sonra Dedim Ki
6 minutes 26 seconds
4 years ago
FƏLSƏFƏ | Fridrix Nitsşe Kimdir? Filosof'un Həyatı, Yaradıcılığı, Anarxizm, Faşizm, Psixoanaliz üzərində təsiri (Friedrich Nietzsche)

Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Nietzsche‎; 15 oktyabr 1844, Röcken – 25 avqust 1900, Veymar) — Alman filosofu və klassik filoloq. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-ci ildə Hamburqdakı Dom qimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-ci illərdə Şulpforta internat məktəbində oxumağa başlayır. Çalışqan bir şagird olur, antik ədəbiyyatlla maraqlanır, şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800-1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.1864-1865-ci illərdə Bonn universitetinin klassik filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865-1866-ci illərdə filologiya üzrə Leypsiq universitetinə daxil olur. Bu dəfə o, gənc Hegelçilərdən uzaq duran Artur Şopenhaur və Fridrix Albert Langenin əsərləriylə tanış olur.1867-ci ildə bir illik könüllü olaraq Prussiya ordusunda xidmət etməyə gedir. ... 1889-cu ilin ilk günlərində, Türin şəhərində küçədə qırmanclanan bir südçü atının boyuna sarılıb ağlamaya başlayan mütəfəkkir, şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilən dəliliyə düçar oldu. 1900-cü ilə qədər mənəvi qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü…

Nitsşe özündən sonrakı filosof, yazıçı, siyasətçi, musiqiçi və digər peşələrin insanlarında böyük təsir qoyub getmişdir.

1. Nitsşe və anarxizm - Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist ondan təsirlənmişdir. Spencer Sunshine yazır:Anarxistləri Nitsşeyə çəkən çox şey vardı: Onun dövlətə nifrəti, "sürü"lərin düşüncəsiz hərəkətinə nifrəti, onun "anti-xristian" düşüncəsi, dövlət və bazarın mədəni quruculuqdakı təsirlərinə etimad etməməsi və onun "üstinsan"a olan istəyi. Ondan təsirlənən anarxist və post-anarxist filosof və yazarlar: Emma Qoldman, Alber Kamyu, Emil Armand, Renzo Navatore, Rudolf Roker, Hakim Bəy və s.

2. Nitsşe və faşizm - Şübhəsiz ki, Nitsşedən təsirlənmiş ən böyük hərəkat faşizm hərəkatı olmuşdur. Adolf Hitler Elizabet Nitsşeyə (filosofun bacısı) gül buketi təqdim etmişdi və qəbrinin üzərinə bu sözləri yazmışdı: "Böyük döyüşçüyə…" Faşistlərdə Nitsşe marağının səbəbi onun "üstinsan"ı arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü), onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra çap olunmuş Hakimiyyət əzmi kitabına nasist bacısının etdiyi dəyişiklərdir.

3. Nitsşe və psixoanaliz - Nitsşe psixoanaliz barədə Karl Qustav Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimləri təsirləndirmişdir. Karl Yunq, Zərdüşt haqda seminar vermiş, Ziqmund Freyd isə onun haqqında "Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman bacaranlar bir daha çətin tapılsın" demişdi.

Önəmli əsərlərindən bəziləri: «Zərdüşt belə buyurdu — Hamı və heç kəs üçün bir kitab» (1883-1885) Also sprach Zarathustra — Ein Buch für Alle und Keinen «Xeyir və Şərin ötəsində — Gələcək fəlsəfəsinin önsözü» (1886) Jenseits von Gut und Böse — Vorspiel einer Philosophie der Zukunft«Əxlaqın şəcərəsi» (1887) Zur Genealogie der Moral — Eine Streitschrift 

Mənbə: Vikipediya (https://az.wikipedia.org/wiki/Fridrix_Nitsşe)

Səsləndirən: Amanov Shamsaddin

Tags: Fəlsəfə, Estetika, Nihilizm, etika, psixologiya, Ontologiya, poeziya, tarix fəlsəfəsi

Sonra Dedim Ki
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!