
Halle Vittenberq Universitetində hüquq üzrə Ph.D. araşdırmaçısı olan Turxan İsmayılzadə ilə qonağımızın əsas araşdırma mövzusu olan süni intellektin bağladığı müqavilələrdə əhəmiyyətli yanılma məsələsi (00:43), süni intellektin mülki hüquq subyektliyi (03:03) və hüquqi məsuliyyəti (06:44), texnoloji yeniliklərin hüquq sistemlərinə hazırkı təsiri və gələcəkdəki təsirləri (15:00), ümumi və kontinental hüquq sistemləri baxımından ağıllı (smart) müqavilələrin hüquqi qüvvəsi (20:21), Azərbaycanda və dünyada sənədləşmələr üzrə blokchain texnologiyasının tətbiqi (25:16) və ölkədə hüququn müasir texnoloji yeniliklərə uyğun olmasını təmin etmək üçün atılmalı addımlar (31:39) haqqında danışmışıq.