Bu dəfəki buraxılışımızda Əliağa bəylə reklam videoları haqqında danışdıq. Qonağımız Əliağa Şərəfxanlı Maverick marketinq kommunikasiyaları agentliyinin baş kopirayeridir və son işlərindən biri olan "İstəSən" (Azercell) kampaniyasının ərsəyə gəlməsində birbaşa iştirak etmişdir.
- Reklam filminin ərsəyə gəlməsi hansı addımlardan keçir?
- İstəSən kampaniyasından nümunə
- Reklam videolarında trendlər
- Reklarımızda emosiyaları ötürə bilirikmi?
- Reklam videolarında obrazlar barədə
- Ssenariyə keçməzdən əvvəl araşdırma hansı formada olmalıdır?
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#podcast #bazarpayi #marketinq #videoreklam #reklamfilmi #kreativ #maverick #podkast #azercell #istesen #ssenari
Bu dəfə bank sektorunda marketinqdən danışmışıq. Qonağımız Ələkbər bəy Finca, Kapital Bank kimi maliyyə qurumlarında marketinq üzrə fərqli vəzifələrdə çalışmış, RabitəBankda isə marketinq direktoru olaraq fəaliyyət göstərmişdir. Hazırda ABŞ-da MBA təhsilini davam etdirir.
Nələrdən danışdıq:
- Bank sektorunda marketinq trendləri
- ABŞ-da bank sektoru və xidmətləri necədir? Nələr fərqlidir?
- Necə oldu ki, LEO bank kartları Kartmane kartlarından daha çox satış etməyi bacardı?
- Bank məhsullarında müştəri loyallığı barədə
- Yerli mobil bank tətbiqləri ABŞ-dakılardan yaxşıdır?
- Şəxsiləşdirilmiş marketinq və SuperApp-lər barədə
- ABŞ və Azərbaycan şirkətlərində marketinq fəaliyyətində və işə yanaşmada fərqlər
Buraxılışın tam versiyasını dinləyin:
https://linktr.ee/bazarpayi
#marketinq #podkast #banking #alakbareyvazli #bazarpayi #productmarketing #banksektoru #mbatehsili #absdamarketinq
Qısa fasilədən sonra qaldığımız yerdən davam edirik. Bu buraxılışda Qələndər müəllimlə marketinqi öyrənmək barədə danışdıq.
Qələndər Məmmədli İqtisad Universitetindən marketinq fənnini tədris edir və həmçinin Ömürboyu Öyrənmə Mərkəzinin direktorudur.
Nələrdən danışdıq:
- Marketinqi öyrənməyə hardan başlamalı?
- Universitet təhsili mütləqdirmi, yoxsa kurslar kifayət edər?
- Nəzəriyyə yoxsa praktika?
- Marketinqə aid yerli akademik resurslar
- Marketinqin tətbiqində qlokalizasiya və s.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#marketinq #podkast #unec #qelendermemmedli #bazarpayi #digitalmarketinq #marketinqkurslari #digitalmarketinqkurslari #marketinqioyrenmek
Google reklamları bizə hansı imkanları yaradır? E-ticarətdə effektiv avtomatlaşdırmalar? Hansı KPI-lər daha vacibdir? Expanded text ads güncəlləməsi və nələr gözlənilir?
Bu buraxılışda Google Premier Partner Kamal bəylə google reklamlarından danışdıq. Kamal bəy özü də youtube üzərindən google reklamları ilə bağlı kontent paylaşır. Kanalın linkini sizinlə paylaşırıq: https://www.youtube.com/channel/UCq8imlikEQT1TvNUgBuTIgw
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #reqemsalmarketinq #digitalmarketinq #dijitalmarketinq #digital #googlereklamlari #googleads #SEM
Rəqəmsal marketinq büdcəsini necə müəyyənləşdirməli? Kampaniyaların büdcəsini optimizasiya edərkən nələrədə diqqət etməli? Və daha çoxu.
Bu buraxılışımızda Babaxan bəylə rəqəmsal marketinqdə büdcə optimizasiyasından danışırıq. Babaxan bəy 8 ildir ki, rəqəmsal marketinq üzrə çalışır, bundan əlavə Upper Education və DigitalHero bizneslərinin təsisçisidir.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #reqemsalmarketinq #digitalmarketinq #dijitalmarketinq #digital
Daxili komanda, yoxsa marketinq agentliklərinə işi ötürmək? Şirkətiniz üçün ən uyğun agentliyi necə seçmək lazımdır? Tez-tez agentlik dəyişməyin nəticələri nələrdir?
Bu buraxılışımızda Namiq bəy ilə marketinq agentlikləri ilə işləmək barədə danışdıq. Namiq bəy YelloAd marketinq agentliyinin həmtəsisçisidir, bununla yanaşı marketinq sahəsində pedaqoji fəaliyyətlə də məşğul olmaqdadır.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #marketinqagentliyi #outsource #reqemsalmarketinq #biznes
Şirkətlər necə müəyyən etməlidir ki, yeni məhsulun yaradılmasına ehtiyac var? Əvvəlcə məhsul yaratmaq lazımdır, yoxsa bazar araşdırması və seçimi etmək? FMCG sektorundan real keyslər və daha çoxu.
Bu buraxılışımızda Rauf Şərifovla FMCG sektorunda yeni məhsulun yaradılması barədə danışırıq. Rauf bəy uzunmüddət FMCG sektorunda marketinq mütəxəssisi kimi çalışmışdır və hazırda PeopleBrand şirkətinin əməkdaşıdır.
Bizi izləməyi unutmayın:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #fmcg #newproductdevelopment #biznes
Innovativ bizneslər yerli bazarda necə sağ qala bilər? Xarici şirkətlərin yerli bazarda yaratdığı inhisar vəziyyəti, e-ticarət üçün uğur faktorları və daha çoxu bu buraxılışda.
Bu dəfəki buraxılışda Nicat Manafovla yerli bazarda innovativ bizneslər və marketinq haqqında danışdıq. Nicat bəy uzun illərdir ki, innovativ bizneslər və e-ticarət fəaliyyəti ilə məşğul olur və hazırda biznesin inkişafı üzrə mütəxəssis olaraq bizneslər üçün texnologiyaya əsaslanan həllər təklif edir.
Növbəti buraxılışları qaçırmamaq üçün bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #nicatmanafov #innovativbiznes #eticaret #ecommerce #digitalmarketing
FMCG-də markanı uğurlu və uğursuz edən faktorlar? Biznes araşdırması, yoxsa biznes intiusiya? Aktiv treyd marketinq, yoxsa brend tanıtımına fokuslanmaq? Və daha çoxu...
Bu dəfəki qonağımız Novruz Rüstəmovla FMCG sektorunda bazara girişdən danışırıq. Novruz bəy A+CO şirkətində araq portfeli üzrə layihə meneceri olaraq çalışır və FMCG sektorunda 10 il təcrübəsi vardır.
Sosial mediada bizi izləyin:
https://linktr.ee/bazarpayi
Bizə nə qədər kreativ lazımdır? Viral işlər necə ortaya çıxır?
4-cü buraxılışımızda Orxan bəylə marketinqdə yaradıcılıqdan danışdıq və bir neçə yerli şirkətin nümunələrini müzakirə etdik. Orxan bəy hazırda Shamans kreativlər bürosunun təsisçisi və kreativ direktorudur.
Növbəti buraxılışları qaçırmamaq üçün bizi izləməyi unutmayın:
https://linktr.ee/bazarpayi
#bazarpayi #kreativ #marketinq #viral #brendinq #yaradiciliq
Ölkədə marketinq sahəsi üçün kifayət qədər kadr varmı? Necə daha yaxşı kadr ola bilərik? Frilans işləmək və daha çoxu.
Bu dəfəki buraxılışda Ceyhun bəylə aktual mövzulardan biri olan kadr çatışmazlığından danışdıq. Qeyd edək ki, qonağımız Ceyhun bəy hazırda Marcom marketinq və kommunikasiyalar şirkətində icraçı direktordur. Ceyhun bəyin mövzuya yanaşması, həll təklifləri və yaxşı kadr olmaq istəyənlərə tövsiyələri üçün buraxılışı sona qədər dinləyin.
Növbəti buraxılışları qaçırmamaq üçün bizi izləyin.
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast
Turizm sektorunda fəaliyyət göstərən şirkət məhz qiymətqoymada etdiyi səhvə görə uğursuz oldu. Amma qiymət məsələsi əslində başqa səhvin gətirdiyi nəticə idi.
Bu buraxılışda marketinqdə tez-tez edilən səhvlər, araşdırma, qiymətqoyma kimi mövzulardan danışırıq. Qonağımız Şahpur İbahimov marketinq üzrə həm yerli, həm də Rusiya bazarında təcrübəyə sahibdir. Hazırda isə Origami Solutions marketinq agentliyinin icraçı direktorudur.
Bizi sosial mediada izləyin:
Instagram
Facebook
Bazar payı praktiki marketinq podkastının ilk buraxılışında yerli bizneslərdə marketinqə olan yanaşma, aktual problemlər və nələr edilməli haqqında danışırıq. Qonağımız Əli Bədəlovun 15 ildən artıq marketinq təcrübəsi var və hazırda Marlab consultancy şirkətinin rəhbəri olaraq bizneslərə marketinq üzrə xidmətlə təklif edirlər.
Növbəti buraxılışlardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.