Son vaxtlar beymini ən çox məşğul eləyən mövzu pul qazanmaq mövzusudur. Mən pul qazanmağı çox sevirəm. Yəni pulu sevmək ayrı məsələdir mən pul qazanmağı və xərcləməyi sevirəm. Pulun özünü sevirəm desəz? Bilmirəm. Bu sual biraz qəribədir. Ona qarşı xüsusi hissim yoxdur. Varlığı çox insan kimi həyatımı rahatlaşdırır, yoxluğu adətən problem yaratmalıdır. Amma məndə çox da yaratmayıb. Məni çox da yaxşı tanımayan insanların bu mövzuda qoyduğu diaqnoz odur ki, məsuliyyətlərim azdır ona görə pulumun olmamamağı məni çox da təsirləndirmir. Amma məsələ çox da belə deyil. Challengeları, oyunları çox sevirəm mən, 0-a düşmək oradan qalxmaq mənim üçün özümlə yarış kimi olub adətən. Bunu bacaranda çox böyük uğur qazanırmışam kimi hiss eləmişəm. Ona görə pulun yoxluğu mənim həyatımda problemdən çox oyunlar yaradıb adətən. Amma yaşım biraz artandan, oyun oynamaqdan yorulandan sonra, azadlığımı tam əlimə alandan sonra anladım ki, bu həyatda daha maraqlı şeylər etmək istəyirəm. Kərəmi də elə burada ağlamaq tutdu.
Hosted on Acast. See acast.com/privacy for more information.